Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:15

“Sovetski” ərazisində yenə narazılıq var


Bakının keçmiş "Sovetski" məhəlləsi sökülür, 2015-ci il
Bakının keçmiş "Sovetski" məhəlləsi sökülür, 2015-ci il

Jurnalist sərbəst buraxılıb.

“Mәnә dedilər ki, әrazidә olan digәr jurnalistlәr qadın idi deyә, tәk səni saxladıq. Sonra anket mәlumatlarımı alıb buraxdılar”.

Bunu mayın 18-dә “Sovetski” deyilәn әrazidә sakinlərin narazılığını çəkərkən saxlandığını bildirən Kanal 13 İnternet Televiziyasının əməkdaşı Nurlan Libre (Qәhrәmanlı) deyib.

Onun AzadlıqRadiosuna bildirməsinə görә, saxlanandan sonra Yasamal Rayonu Pilis İdarəsinin 26 saylı Polis Bölmәsinә gәtirilib vә yarım saatdan sonra isə sәrbәst buraxılıb.

Aksiyada saxlanan yerli sakinlərin də sərbəst buraxıldığı deyilir.

Amma bütün bu deyilənlərə də, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

--

Mayın 18-də Bakıda “Sovetski” deyilən ərazidə yerləşən evlərin sakinləri aksiya keçirməyə cəhd göstəriblər.

Sakinlər evlərin sökülməsinə görə, onlara verilən kompensasiyasının məbləğindən narazıdılar.

Onlar Yasamal Rayon İcra Hakimiyyətinin başçısının gəlməsini tələb ediblər və vurğulayıblar ki, evlərin 1 kvadratmetrinə görə, 1500 manat kompensasiya azdır. “Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda da olmuşuq. Lakin müraciətimizə baxmırlar. Evlərimiz balacadır. 1 kvadratmetrinə görə, 1500 manat çox azdır. Demək olar ki, heç nədir. 30 min manat pulla biz nə alaca bilərik? Kimə müraciət edirik, deyirlər dövlət əhəmiyyətli yerdir, çox pul verə bilmirik”, - deyə, narazı sakinlərdən biri bildirib.

Əraziyə cəlb edilən çoxsaylı polis əməkdaşları aksiyanın davam etməsinə imkan verməyiblər. Saxlananların olduğu bildirilir Onların arasında media təmsilçilərinin də olduğu vurğulanır. Saxlananların Yasamal Rayon Polis İdarəsinin 26 saylı Polis Bölməsinə aparıldığı söylənir.

Amma bu deyilənləri polisdən dəqiqləşdirmək mümkün olmayıb. Baş verənlərə, hələlik Yasamal Rayon İcra Hakimiyyəti və başqa rəsmi qirumlardan münasibət almaq cəhdləri də nəticə verməyib.

Buna da bax:Söküntüdən narazı sakinlər: 'Ya bizə kompensasiyanı tam verin...'

Xatırlatma

Bakının “sovetski” deyilən ərazisinin sökülməsinə əsasən 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə ( hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub.Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

Bu yaxınlarda isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, "Sovetski" ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır.

XS
SM
MD
LG