Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Aktyorun saqqal saxlaması üçün dövlətdən icazə istəyiblər


İllüstrasiya
İllüstrasiya

Türkmənistanda sosial şəbəkə istifadəçiləri Türkmənfilm kinostudiyasının direktoru tərəfindən imzalanmış ərizəni paylaşırlar.

Bu ərizədə Oğuz Xan adına kinostudiyanın direktoru Türkmənistanın Televizya-Radio Yayınları və Kinematoqrafiya Dövlət Komitəsindən aktyor Anna Melyayevə saqqal və bığ saxlamaq üçün icazə verilməsi xahiş edir.

Kiniostudiyanın direktoru ərizədə izah edir ki, onlar prezident Gurbanguly Berdymukhammedov-un “Türkmənistan – Böyük İpək Yolunun Ürəyi” adlı kitabı əsasında tarixi film çəkirlər:

“Bu filmdə keçmişdən tarixi səhnələrin çəkilişi nəzərdə tutulub. Bununla əlaqədar baş qəhrəmanın rolunu oynayan Anna Melyayevə filmin çəkilişi müddətində bığ və saqqal saxlamaq icazəsinin verilməsini xahiş edirik”.

Yanvarın 29-da imzalanmış bu ərizə sosial şəbəkəyə bugünlərdə yayılıb.

Türkmənistanın hakimiyyət orqanları kişilərin saqqal saxlamasına ciddi nəzarət edir.

Belə şəxsləri dini ekstremizmdə ittiham edə bilərlər.

Saqqal və bığ saxlamaq imtiyazı yalnız dövlət tədbirlərində iştirak edən ağsaqqalara verilib.

Türkmənistana qonşu Özbəkistan və Tacikistanda da saqqal məhdudiyyətləri mövcuddur.

2016-cı ildə tacik milisi 13 min vətəndaşın saqqalını qırxıb:

Özbəkistanda saqqallı şəxsləri futbol matçlarına buraxmırdılar.

XS
SM
MD
LG