Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:52

“Yaralı əsgərləri hospitala çatdırınca vəziyyəti ağırlaşır”


İllüstrasiya
İllüstrasiya

►Tovuzun Ağdam kəndinin sakinləri: “Başçı deyir, “düzəltmirəm, gedin, kəndinizin “bazarkomuna” deyin, pul töksün, düzəltsin”.

“Bu kənd Ermənistanla həmsərhəddir. Hər gün atışma var. Tez-tez əsgərlərdən, mülki vətəndaşlardan yaralanan olur. Yaralını qoyurlar “UAZ”-a, bu kələ-kötür, daş-qalaqlı yolla aparırlar rayon mərkəzinə. Daş-qalaqlı yolda maşın yaralı adamı o qədər atıb-tutur ki, vəziyyəti daha da ağırlaşır”.

AzadlıqRadiosuna müraciət edən Tovuz rayonunun Ağdam kəndinin sakinləri icra başçısının qarşısında yol probleminin həlli tələbini qoyurlar. Kənd sakini Nəsimi Bağırov deyir, icra başçısı yolun təmirini kəndin “bazarkom”unun üstünə yıxır:

“Bütün kənd yolları yenilənib, asfaltlanıb. Hətta elə dağ kəndləri var ki, oralara da asfalt çəkiblər. Ağdam kəndinin yolları isə bərbaddır. Halbuki, bu kəndlə rayon mərkəzi arasında 10 dəqiqəlik məsafə var. Başçı deyir, “düzəltmirəm, gedin, kəndinizin “bazarkomuna” deyin, pul töksün, düzəltsin”. Başa düşə bilmirik ki, başçının kiminləsə ədavəti varsa, niyə buna görə bütün kənd əziyyət çəkməlidir? Yolu “bazarkom” yox, dövlət düzəltməlidir. Bu yolun düzəlməsinə görə büdcədən “bazarkoma” yox, dövlət qurumlarına pul ayrılır. Bir də ki, müharibənin qaynar nöqtəsində yerləşən kəndin taleyinə belə yanaşmazlar axı…”

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

“GÜNDƏ BİR HƏYƏTDƏN HARAY QOPUR”

Kənd sakini Xanım Ələsgərova deyir, istilər düşəndə kənddə tez-tez ilan sancmaları olur. Yaralıları rayon mərkəzindəki xəstəxanaya götürüncə həyatda qalmaq şansları da azalır:

“Mal-heyvan otarılan yerlərdə, həyət-bacada ilan çox olur. Bax, istilərdə yenə ilan sancmaları başlayacaq. Gündə bir həyətdən haray qopur. İlan sancanı bu bərbad yollarla aparıb mərkəzə çıxarınca canı əldən gedir”.

Əsasən xəstəxanaya çatdırılma probleminin aradan qaldırılmasına görə sakinlər aradabir özləri yığışaraq yola əl gəzdirirlər. Ancaq gördükləri iş bir kənd yoluna yetmir.

“YOLLAR ELƏ DƏ PROBLEMLİ DEYİL”

Tovuz rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Ağdam kəndinin yolları yaxın vaxtlarda başqa kənd yolları kimi təmir olunacaq: “Əslində o yollar elə də problemli deyil, ancaq yenə də başqa kəndlərin yolları kimi təmir olunacaq”.

Ağdam kəndi Tovuzun Vahidli inzibati ərazi vahidliyində yerləşir. 1289 sakini olan kənddə əsas məşğuliyyət heyvandarlıq və əkinçilikdir. Kənd Ermənistanla həmsərhəddir, cəbhə xətti kəndin yaxınlığından keçir. Ermənistan ordusunun bölmələri kəndi daim atəş altında saxlayır.

Bu yaxınlarda kənd sakinləri “Qaynar xətt”ə işsizlikdən, dolanışıqdan gileylənmişdilər. Onlar mal-heyvanlarının Ermənistan tərəfə keçməməsindən ötrü icra başçısından sərhəddə bir sədd çəkilməsini istəmişdilər.

Buna da bax: Tusk:"Avropa Birliyində parçalanmanın əlamətləri görünür"

Tusk:"Avropa Birliyində parçalanmanın əlamətləri görünür"
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

XS
SM
MD
LG