Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:45

Toylara icazə verildi


Toy. Foto arxiv
Toy. Foto arxiv

Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verib. Bunun üçün bəzi tələblərə əməl edilməlidir:

- qonaqların sayı 150 nəfərdən çox olmamalıdır.

- 50 nəfərə qədər şəxsin qatılacağı şənlik mərasimlərində COVID-19 pasportu tələb olunmur. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirak edəcəyi şənliklərdə yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Tibbi maskalardan istifadə məcburi deyil.

- xidmət göstərən heyət (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.

- Şənlik mərasimi keçirilən müəssisənin sahibi tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatları icaze.e-gov.az portalına daxil etməlidir.

Operativ Qərargahın məlumatında deyilir ki, şənlik mərasimləri zamanı müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə təşkil olunacaq.

Toy qadağasına görə işini itirənlər: 'Borca girirəm'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən il martın 24-dən karantindir. Son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 335 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 963-nün vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG