Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:40

Trampa qarşı yeni ittihamlar irəli sürülüb


Donald Tramp
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ona qarşı məxfi sənədlər işi üzrə yeni ittihamlar irəli sürülüb:

"Korrupsiyalı Bayden administrasiyası, vəkillərimə, belə görünür qutularla bağlı saxta qəzet xəbəri əsasında mənə qarşı ittihamlar irəli sürüldüyünə dair bildiriş verib. Mən çərşənbə axşamı (13 iyun) saat üçdə Mayami Federal Məhkəməsində olmalıyam”.

ABŞ mediasının xəbərlərində deyilir ki, ittiham 7 epizoddan ibarətdir. Söhbət məxfi sənədlərlə düzgün olmayan davranış və ədalətə maneçilik törədilməsindən gedir.

Məsələnin təfərrüatları iyunun 13-də açıqlanacaq. İstintaqı bu iş üzrə təyin edilmiş xüsusi prokuror Cek Smit aparır.

İttihamlar

Ötən avqustda ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində axtarış aparmışdı.

The New York Times qəzeti yazırdı ki, ABŞ Milli Arxivi içərisində sənədlər olan 15 qutunun qaytarılması üçün Trampa müraciət etsə də, “aylarla” gözləməli olub və bundan sonra FTB-yə müraciət edib.

Qəzet yazırdı:

“Cənab Tramp öz prezidentlik müddətində hökumət arxivlərində saxlanmalı olan rəsmi sənədləri məhv etməsi ilə tanınır”.

İttihamlar seçki kampaniyasına mane olmayacaq

Bu artıq Trampa qarşı ikinci cinayət işidir. O bundan əvvəl, 2016-cı ildə pornoaktrisa Stormi Danielsə onunla cinsi əlaqələri barədə susması üçün 130 min dollar ödəməkdə ittiham edilirdi.

Manhattan prokurorluğunun rəyinə görə Tramp bu pulu özünün seçki fondundan ödəməklə seçki qanunvericiliyini pozub.

Keçmiş prezident və onun vəkilləri ittihamları və cinayətin özünü rədd edirlər və bunu “siyasi təqib” adlandırırlar.

Donald Tramp, barəsində cinayət ittihamları irəli sürülmüş ilk ABŞ prezidentidir.

O 2022-ci ilin noyabrında 2024-cü il seçkisi üçün Respublikaçı Partiyadan namizədliyini irəli sürüb.

Qanun baxımından ona qarşı ittiham irəli sürülməsi Trampın seçkiqabağı kampaniya aparmasına mane olmamalıdır.

XS
SM
MD
LG