Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:49

Lavrov Britaniya ilə danışıqları ‘lalla karın söhbətinə’ bənzədib


Sergey Lavrov (sağda) və Liz Trass
Sergey Lavrov (sağda) və Liz Trass

Rusiyanın Xarici İşlər Nazirliyi fevralın 9-da axşam xəbərdarlıq edib ki, Britaniya rəsmiləri ritorikanı dəyişməlidir

Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukrayna yaxınlığında çox sayda qoşun və hərbi texnika cəmləşdirməsini Avropanın son onilliklərdə üzləşdiyi ən böyük təhlükəsizlik böhranı adlandırıb.

Qərb Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrə, habelə Belarus ərazisinə çox sayda hərbi qüvvə toplamasını Ukraynaya müdaxilənin prelüdü hesab edir.

Üstəlik fevralın 10-da Ukrayna sərhədində 30 min hərbçinin iştirakilə birgə Rusiya-Belarus hərbi manevrləri başlanıb.

Boris Conson bu bəyanatı fevralın 10-da Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında verib:

"Mən deyərdim ki, bu qarşıdan gələn bir neçə gün ərzində, bəlkə də Avropanın son onilliklərdə üzləşdiyi ən böyük təhlükəsizlik böhranıdır və biz bunu düzgün qiymətləndirməliyik. Belə bir situasiyada sanksiyalarla hərbi qətiyyətin birliyi və üstəgəl diplomatiya tutulacaq ən düzgün mövqedir”.

Stoltenberq Consonun sözünə qüvvət olaraq vəziyyəti “qorxulu an” adlandırıb və deyib ki, Moskvanın mümkün müdaxiləsi ilə bağlı xəbərdarlıq üçün vaxt qısalmaqdadır:

"Rusiya qoşunlarının sayı artır. Mümkün hücum barədə xəbərdarlıq üçün vaxt qısalır…NATO Rusiya üçün təhdid deyil, amma biz siyasi həllin tapılması mövqeyinə qəti sadiq olmaqla yanaşı ən pis varianta hazır olmalıyıq”.

Eyni gündə Moskvada Rusiya və Britaniya xarici işlər nazirləri Sergey LavrovLiz Trass arasında danışıqlar da gərgin və əsəbi olub.

Bu əsəbilik Lavrovun danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında da hiss olunurdu.

Xanım Trass mətbuat konfransında bəyan edib ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Qərb ölkələri Moskvaya qarşı, Şimal Axını 2 qaz kəməri də daxil sərt sanksiyalar qoyacaqlar.

O habelə vurğulayıb ki, Rusiyanın son vaxtlardakı davranışı NATO blokunda həmrəyliyi gücləndirib.

Lavrov danışıqları “lalla karın söhbətinə” bənzədib. Rusiya xarici işlər naziri deyib ki, Britaniya tərəfi Rusiyanın arqumentlərini eşitmək istəmir:

“Bəlkə anqlosakslar Ukraynada nəsə etmək istəyirlər? Bəlkə Rusiya da ABŞ və Britaniyanın ardınca Ukraynadakı səfrilik heyətinin bir hissəsini oradan çıxarsın?”

Vladimir Putin və Rusiya rəsmiləri çox nadir hallarda müxalifətçi Aleksey Navalnının adını dilə gətirirlər.

Amma bu mətbuat konfransında Lavrov deyib ki, Qərb ölkələri Navalnının, eləcə də Skripalların zəhərlənməsini sübut edən bir dəlil də göstərə bilməyiblər.

Maraqlıdır ki, Trass Navalnı mövzusuna ümumiyyətlə toxunmamışdı.

Trass: Rusiyanın Ukraynaya təcavüzü ‘fəlakətli’ olar

Britaniyanın Xarici işlər naziri Liz Trass rusiyalı həmkarı Sergey Lavrova xəbərdarlıq edib ki, Ukraynaya hücum “fəlakətli” olar.

“Fundamental olaraq, Ukraynayla müharibə Rusiya və Ukrayna xalqları və Avropanın təhlükəsizliyi üçün fəlakətli olar. NATO da aydın şəkildə bildirib ki, Ukraynaya istənilən müdaxilənin nəhəng nəticələri, ağır bədəli olar”, – Trass fevralın 10-da Moskvada mətbuat konfransında deyib.

Lavrov da elə həmin brifinqdə xəbərdarlıq edib ki, Qərbin Moskvaya təhdidləri vəziyyətlə bağlı gərginliyi yalnız artıra bilər.


“İdeoloji yanaşmalar, ultimatumlar, təhdidlər – bu yol heç yana aparmır… Münasibətləri yalnız qarşılıqlı sayqılı dialoqla normallaşdıra bilərik”, – Lavrov deyib.

O, qarşılıqlı əlaqələrin “çox illərdən bəri yəqin ki, ən aşağı həddə” olduğunu, amma Moskvanın onları yaxşılaşdırmağa hazır olduğunu vurğulayıb.

Müdafiə naziri də Moskvaya gedir

Britaniyanın Müdafiə naziri Ben Vallas da fevralın 11-də Moskvaya səfər edəcək. O, səfərdən öncə BBC-yə müsahibəsində deyib ki, diplomatik həllin tapılması üçün cəhdlərə baxmayaraq, Kremlin hərəkətləri yanlış istiqamətdə gedir.

“Rusiyalılar hələ də batalyon taktiki qruplarının sayını artırırlar… Onlar tezliklə nüvə strateji təlimə başlamağı planlaşdırırlar və gerçəkdən, başqa yerlərdə daha çox fəaliyyət görürük”, – o vurğulayıb.

Nazir Britaniyanın gördüyü kəşfiyyat məlumatından danışıb. Məlumata görə, Moskva Ukraynanı işğal üçün bəhanə rolunu oynayacaq “”saxta bayraq” əməliyyatları planlaşdırır, kiberhücumlar, sabitliyi pozmağa yönəlik digər fəaliyyətlə məşğuldur.

***

Fevralın 10-da Britaniyanın Xarici işlər naziri Liz Trass Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Məqsəd Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının Qərblə Moskva arasında yaratdığı gərginliyi azaltmaqdır.

Britaniyanın Baş naziri Boris Conson isə məsləhətləşmələr üçün Varşava və Brüsselə səfər edəcək. O, Polşa Prezidenti Andrey Duda və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşməlidir. Almaniyanın Kansleri Olaf Şolts isə Berlində Baltik ölkələri liderləri ilə görüş keçirəcək.

Fevralın 10-da Moskva və Minsk birgə hərbi təlimlərə başlayır. Rusiyanın Belarusa 30 min əsgər göndərdiyi bildirilir. Bu qüvvələrdən Ukraynaya təcavüzdə istifadə oluna biləcəyi sarıdan narahatlıq var.

Rusiyanın Müdafiə Nazirliyi təlimlərin fevralın 20-dək davam edəcəyini, “xarici təcavüzün dəf olunması”na yönələcəyini açıqlayıb.

Rusiya Aralıq dənizindəki hərbi gəmilərini Qara dənizə gətirir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Ritorikanı dəyişmək çağırışı

Ukrayna da fevralın 10-da Rusiyanın Belarusda təlimlərinə cavab olaraq daha öncə anonsunu verdiyi təlimlərə başlayıb. Kiyev bu təlimlərdə iştirak edən hərbi personal və silah sayını açıqlamayıb.

Fevralın 9-da axşam Moskvaya çatan Trass tvitində yazıb:

“Moskvaya Xarici işlər naziri Lavrovla görüşə, Rusiyanın qüvvələrini dərhal geri çəkməli, Ukraynanın suverenliyinə hörmət etməli olmasını, əks halda ağır nəticələrlə üzləşəcəyini aydın şəkildə deməyə gəldim”.

“İstənilən müdaxilə böyük səhv olar. İrəliyə yeganə yol diplomatiyadan keçir və Rusiya bu yolla getməlidir”, – o, sözlərinə əlavə edib.

Rusiyanın Xarici İşlər Nazirliyi isə fevralın 9-da axşam xəbərdarlıq edib ki, Britaniya rəsmiləri ritorikanı dəyişməlidir.

Consonun görüşləri

Conson Polşada Duda, daha sonra bu ölkədə yerləşən Britaniya əsgərləri ilə görüşəcək. O, Brüsseldə NATO-nun baş qərargahında alyans başçısı Stoltenberqlə görüşməlidir.

Həftənin əvvəlində Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri ilə ayrı-ayrılıqda görüşüb. O, Putinlə danışıqları haqda ABŞ Prezidenti Co Baydeni məlumatlandırıb.

Ukrayna-Rumınya sərhədindən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Moskva Ukraynaya hücum planı olmadığını deyir, Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir. Tələblərdən biri Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağıdır.

Vaşinqton və NATO tələbləri rədd ediblər.

Son iki gündə Şərqi Avropanı Ukrayna böhranının təsirindən qorumağı hədəfləyən ABŞ əsgərlərinin ilk qrupu Almaniyadan Rumıniyaya gedib.

Pentaqon fevralın 3-də Polşa və Rumıniyaya 3 minədək əlavə əsgər göndərəcəyini açıqlayıb.

XS
SM
MD
LG