Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:07

Trump-la Erdogan S-400 raketləri və ticarət əlaqələrini müzakirə etdilər


 Donald Trump və Recep Tayyip Erdogan, 11 iyul,2018 Brüssel.
Donald Trump və Recep Tayyip Erdogan, 11 iyul,2018 Brüssel.

İyunun 29-da Yaponiyada ABŞ və Türkiyə prezidentlərinin görüşü olub.

Görüş Böyük 20-lər ölkələrinin bu ölkədə keçirilən sammiti çərçivəsində baş tutub.

Reuters agentliyinin məlumatına görə, Donald Trump-laRacep Tayyip Erdogan, Türkiyənin Rusiyadan S-400 raket kompleksi almaq planını, iki ölkə arasındakı strateji münasibətlər və ticarət əlaqələrini müzakirə ediblər.

Donald Trump Türkiyənin Rusiyadan S-400 raketləri almaq planının “problem olduğunu” qeyd edib.

O bildirib ki, bu məsələ ətrafında çətin vəziyyət yaranıb və mümkün sanksiyalar müzakirə olunur.

Amma ABŞ prezidenti qeyd edib ki, onlar müxtəlif həll yolları üzərində işləyirlər.

ABŞ prezidenti qeyd edib ki, onlar əsasən iki ölkə arasındakı ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.

“Bizim aramızdaböyük ticarət əlaqələri var və biz Türkiyə ilə ticarət dövriyyəsinin 4 dəfə artırılmasını gözləyirik.

Onlar mahir ustadırlar, gözəl məhsulları var və biz buna geniş imkanlar yaradacağıq. Biz həmçinin hərbi təlim keçirir,onar bizdən çoxlu hərbi avadanlıqlar alırlar”, Trump deyib.

Türkiyə prezidenti Racep Tayyip Erdogansa deyib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 75 miyard dollar civarındadır və biz müdafiə sənayesi sahəsində çoxlu addımlar atmalıyıq.

“Ən vacibi isə odur ki, biz strateji tərəfdaşıq.Və strateji tərəfdaşlıq həmçinin bizi bir çox sahələrdə həmrəy olmağa çağırır. Və tam əminəm ki, bizim həmrəyliyimiz davam edəcək” Erdogan vurğulayıb.

Donald Trump-sa qeyd edib ki, iki ölkə arasında 75 milyard dollarlıq ticarət dövriyyəsi azdır və hesab edirəm ki, bu tezliklə 100 milyard dolları keçəcək.

Görüş təxminən 35 dəqiqə çəkib.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S 400 raket kompleksi almaq planı Vaşinqtonun ciddi narazılığına səbəb olub.

ABŞ, Türkiyənin bu plandan daşınması üçün Ankaraya iyulun 31-dək vaxt verib.

Əks halda Birləşmiş Ştatlar Türkiyəyə F-35 təyyarələrinin satışını dayandıra bilər.

Vaşinqton və onun NATO-dakı müttəfiqləri deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa ABŞ və NATO rəhbərlikləri dəfələrlə bəyan ediblər ki, həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.

Türkiyə prezidenti Racep Tayyip Erdogansa dəfələrlə bəyan edib ki, Ankara Rusiya ilə sövdələşmədən imtina etməyəcək.

Buna da bax: Erdogan: Türkiyə S400 sazişindən əl çəkməyəcək

ABŞ rəsmiləri, Türkiyənin ABŞ istehsalı olan “Patriot” hava-hücumlarından müdafiə sisteminə dönməsini tələb edirlər.

Erdogansa deyib ki, Ankara bunun mümkünlüyünə yalnız o halda baxa bilər ki, Vaşinqtonun bu müqavilə ilə bağlı şərtləri,Moskvanınkı kimi yaxşı olsun.

Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.

Buna da bax:Vaşinqton və Ankara arasında S-400 və F-35 ixtilafı dərinləşir

XS
SM
MD
LG