Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Londonlular müsəlmanı mer seçməklə nəyə zərbə vurdular


Sadiq Khan həyat yoldaşı ilə
Sadiq Khan həyat yoldaşı ilə

►Britaniya ABŞ-a nümunə olacaqmı?

Donald Trump ötən həftə ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi oldu. Ancaq trampizm, yəni nifrət və qorxu siyasəti ötən həftə həm də böyük məğlubiyyətlə üzləşdi. Bunu "Bloomberg" yazır.

Ötən həftə keçmiş hüquq müdafiəçisi Londonun meri seçildi. Pakistanlı avtobus sürücüsünün oğlu olan Sadiq Khanın seçki komandasında homoseksual kişilər və yəhudi qadınlar var.

Bloombergin köşə yazarı Pankaj Mishra hesab edir ki, siyasi irticanın ayaq tutduğu bu dövrdə bu hadisənin əhəmiyyəti çox böyükdür.

Mühafizəkarların namizədi Zac Goldsmith Khanı gözdən salmaq üçün dəfələrlə onu müsəlman ekstremistlərlə bağlı olmaqda və Londonun təhlükəsizliyini təhdid etməkdə günahlandırıb. Hətta baş nazir David Cameronun özü belə parlamentdə Khanı "İslam Dövləti" qrupunun bir təəssübkeşi ilə eyni platformanı dəstəkləməkdə ittiham edib. Hərçənd sonradan həmin o "İslam Dövləti" tərəfdarının mühafizəkarlarla bağlı olduğu ortaya çıxdı. Cameronun nazir həmkarları da bu ittihamları müdafiə etdilər.

Khan seçkidə qələbə qazandığı gün bildirdi ki, onun mühafizəkar rəqibləri səsləri qazanmaq üçün Londonun icmaları arasında təfriqə yaratmaq istəyirdilər. O, bunun "tamamilə Donald Trumpın oyun qaydalarından" götürüldüyünü deyib..

Müəllif yazır ki, mühafizəkarlar Londonun hind, sikh və tamil icmalarına baş nazir Cameronun imzası ilə məktub göndərərək Zac Goldsmithə səs verməyə çağırıblar. Üstəlik məktubda onların "təhlükəli" Khanın "nəhəng siyasi eksperimentində laboratoriya siçanı olmaq" təhlükəsi ilə üz-üzə olduqları da yazılıb.

____________________________________________________________

Bunlara da bax:
Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət (Audio)
Satıcı: "Veteranların medallarını satmağa gətirənlər çoxalıb"

____________________________________________________________

Müsəlmana ərə getmiş yəhudi biokimyaçı Barbara Patel də oxşar məzmunlu məktub alıb.

Bundan sonra Goldsmith keçmişdə açıq antisemit və nasist mövqeyi ilə seçilən "Daily Mail" qəzetində məqalə çap etdirərək Khanı "dəfələrlə ekstremist baxışları olanlara haqq qazandırmaqda" ittiham edib. Qəzet məqalənin yanında 2005-ci il iyulun 7-də baş vermiş terror hücumu zamanı dağılmış ikimərtəbəli avtobusun şəklini yerləşdirib.

Seçicinin şüurunda "ekstremizm" və "terrorizm" anlayışlarını "müsəlman" anlayışı ilə birləşdirmək, yaxud da Hindistan subkontinentindəki təriqətlərarası hissləri Britaniyaya idxal etmək cəhdinin özü kifayət qədər təhlükəlidir. Ancaq bu məsələdən ölkədəki müsəlman gənclərin ala biləcəyi mesaj daha təhlükəlidir.

Müəllif yazır ki, trampizm ilk olaraq, atasının adı "Hussein" olan ABŞ prezidentinin "beşinci kolona" qulluq etməsi barədə eyhamlarla siyasi səhnəyə gəlmişdi.

Dünya miqyasında siyasətçilərin belə demaqoq davranışları sürətlə yayılmağa başladı. Rusiya prezidenti Vladimir Putin bütün Avropada sağçı partiyaların ilham mənbəyinə çevrildi. Almaniyanın anrtiislam Pegida hərəkatı Niderlandın ultrasağçıları ilə əlaqəlidir. Macarıstanın baş naziri Viktor Orban isə Recep Tayyip Erdoganın avtoritar liderliyi altında olan Türkiyəni təqdir edir.

"Dünyanın ən qədrim demokratiyalarından biri olan Britaniyanın hakim partiyasının da Trumpın strategiyasını təkrarlaması qəribədir" deyə Mishra bildirir.

Sadiq xanın Londonun meri seçilməsi trampizmin dünyanın ən kosmopolit şəhərində məğlub olduğunu göstərir. İndi də ümid edək ki, noyabrda ksenofob trampizm mühacirlərin qurduğu ölkədə - ABŞ-dakı seçkilərdə məğlubiyyətə uğrayacaq.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun RADİO proqramında (9 may)

Zaqatalada 4 ildi yardım gözləyən zəlzələ qurbanları
Bakı sakinləri veteranların medallarını satışa çıxaranlar haqda nə düşünür

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (9 may)

Leyla Əliyevanın London mülkü - The Mail on Sunday qəzeti fotolar yaydı

XS
SM
MD
LG