Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:10

Kim düzünü deyir – Trump, yoxsa Rohani?


Donald Trump (solda) və Hassan Rohani
Donald Trump (solda) və Hassan Rohani

Prezident Donald Trump deyib ki, o Tehranın ABŞ sanksiyalarının qaldırılması müqabilində danışıqlar aparmaq təklifini rədd edib.

Bu bəyanat İran prezidentinin daha əvvəl söylədikləri ilə ziddiyyət təşkil edir.

Sentyabrın 27-də yazdığı tvitdə Trump bildirir:

“İran mənimlə görüşmək üçün onların üzərindəki sanksiyaları qaldırmağımı istəyirdi. Mən əlbəttə, YOX! dedim”.

Bu bəyanatdan əvvəl İran prezidenti Hassan Rohani demişdi ki, Birləşmiş Ştatlar Tehrana bütün sanksiyaların qaldırılması müqabilində 2015-ci il nüvə sazişinə dair danışıqlar təklif edib.

Avropa liderləri BMT Baş Assambleyasının bu həftə Nyu Yorkda keçirilən sessiyası zamanı Birləşmiş Ştatlarla İran arasında diplomatiyanı dirçəltməyə cəhdlər edirdilər.

Sentyabrın 27-də BMT toplantısından qayıdan Rohaninin dediyinə görə, Britaniya, Fransa və Almaniya ona Birləşmiş Ştatların nüvə sazişini müzakirə etmək üçün sanksiyaları qaldırmağa hazır olduğunu bildirmişdilər.

Rohani müxbirlərə demişdi ki, Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri Boris Johnson və Fransa prezidenti Emmanuel Macron İran və 2015-ci il sazişini imzalamış altı ölkə arasında görüşün keçirilməsində “israr” edirdilər:

“Onlar deyirdilər ki, Amerika sanksiyaları qaldıracağını bildirib. Başqa bir müzakirə mövzusu hansı sanksiyaların qaldırılacağı barədə idi. Onlar açıq şəkildə dedilər ki, bütün sanksiyalar qaldırılacaq”.

Amma Rohani bunu da qeyd etmişdi ki, hazırkı “zəhərli ab-havada” belə bir görüşün keçirilməsi “qeyri-məqbuldur”.

2015-ci ilin nüvə sazişinə görə İran onun üzərindəki sanksiyaların qaldırılması əvəzində özünün nüvə proqramını məhdudlaşdıracağını vəd etmişdi.

Həmin müqaviləni İrandan başqa Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatlar imzalamışdı.

Lakin Vaşinqton ötən il bu sazişi tərk etdi və İran üzərinə bütün ABŞ sanksiyaları bərpa olundu.

Trump iddia edirdi ki, 2015-ci il sazişi İran üzərinə lazımınca sərt şərtlər qoymur. Onun fikrincə bu sazişdə İranın raket proqramı barədə də müddəalar olmalı idi.

XS
SM
MD
LG