Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:05

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

Yunanıstana qaçdılar

Türkiyəyə məxsus hərbi vertolyot Yunanıstanda eniş edib. Onun içərisində olanlardan 7-si hərbçi, biri mülki vətəndaşdır.

NTV-nin məlumatına görə, Afina həmin şəxslərin Yunanıstandan sığınacaq istədiyini bəyan edib. Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu isə onların dərhal geri verilməsini istəyib.

‘Bu mənə 1994-cü ili xatırladır

Deputat Sabir Hacıyev Türkiyədə dövlət çevrilişinə cəhdi ölkə daxilində yaşanan gərginliklə izah edib: «Ordu generallarının və personalın həbsləri kimi hadisələr baş verirdi. Odur ki, bunu həm də sistem daxilindəki problemin üzə çıxması da saymaq olar». Davamı burada

Fethullah Gülen və R.T.Erdoğan. Foto arxiv
Fethullah Gülen və R.T.Erdoğan. Foto arxiv

Türkiyə ABŞ-dan Fethullah Gülen-i tələb edir

Dövlət çevrilişinə cəhd edən hərbçilərdən təxminən 20 nəfər öldürülüb, 30-u yaralanıb. Baş nazir Binali Yıldırım mətbuat konfransında belə deyib. O, dəqiq rəqəmlərin günün sonunda bəlli olacağını bildirib.

Binali Yıldırım çevrilişə cəhddə iştirak edənlərin edam olunması haqda çağırışlarla bağlı suala belə cavab verib: «Edam cəzası Türkiyə Ana Yasasından, hüquq sistemimizdən çıxarılıb». Ancaq onu da əlavə edib ki, iyulun 16-da toplanacaq Türkiyə Böyük Millət Məclisində bu cür hadisələrin təkrarlanmaması üçün bəzi addımlar müzakirə olunacaq.

Binali Yıldırım çevrilişə cəhdin arxasında Fethullah Gülen-in durduğunu söyləyib və ABŞ-da yaşayan siyasətçinin geri verilməsini istəyib. Onun sözlərinə görə, bütün bu olanlardan sonra Gülen-i Türkiyəyə verməyən ölkə «dost ölkə» deyil.

Binali Yıldırım media qarşısına bu səhər girovluqdan azad edilən Baş Qərargah rəisi Hulusi Akar-la bərabər çıxıb.

Baş nazir xalqı iyulun 16-da axşam saatlarında bayraqlarla bərabər meydanlara çağırıb.

Erdoğan-ın qorxduğu başına gəldi – Qərb mətbuatının icmalı

Davamı

XS
SM
MD
LG