Bağdad caddesi tam bağlanıb
Bu dəqiqələrdə İstanbul və Ankarada ordu iqtidarı devirməyə cəhd göstərir.
Türkiyənin NTV kanalı canlı yayımda xəbər verir kİ, İstanbulda körpülər bağlanıb, küçələrdə tanklar görünür.
Baş nazir Binali Yiıdırım deyib ki, bu, dövlət çevrilişidir.
Xarici işlər naziri Mahmud Çavuşoğlu deyir ki, demokratiyaya son ana qədər sahib çıxacağıq.
NTV xəbər verir ki, İstanbulda silah səsləri eşidilir. Ancaq bunun atışma olub-olmadığı bəlli deyil.
Bir azdan prezident Recep Tayyub Erdoğan media qarşısında çıxış edəcək.
NTV xəbər verir ki, hərbçilər TRT-nin mühasirəyə alıblar.
Hazırda TRT kanalı ilə Türkiyə ordusunun informasiyası canlı yayılır.
Ordu rəhbəri Hulisi Akar bir qrup hərbçi tərəfindən əsir alınıb.
Ankara polisi bütün əməkdaşlarını işə çağırıb.
İstanbulun Vətən prospektində silah səsləri eşidilir.
CNN xəbər verir ki, Silahlı Qüvvələrin qərargahında silah səsləri duyulub. Havaya qalxan helikopterin də atəş açdığı bildirilir.
NTV bildirir ki, Türk Silahlı qüvvələrinin qərargahından onların ünvanına elektron məktub gəlib və ordunun iqtidara əl qoyduğu bildirilib.
Həmin məktub bütün mediaya göndərilib. Məktubda deyilir ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub.
Türkiyədə dövlət çevrilişinə cəhd
Ankarada TRT-nin yaxınlığında helikopterdən atəç açılıb. NTV deyir ki, bir vətəndaş yaralanıb.
TRT yaxınlığında polislər də var, amma TRT-də nə baş verdiyi bilinmir. Sadəcə görünən odur ki, bir qrup hərbçi içəri gorib və ordunun bəyanatı oxunub, NTV xəbər verir.