Fətullah Gülənlə bağlı daha bir açıqlama
ABŞ Türkiyədəki bəzi dövlət rəsmilərinin hərbi çevrilişin arxasında Amerikanın dayanması haqqında söylədiklərinə ciddi reaksiya verib.
ABŞ dövlət katibi John Kerry deyib ki, bu cür açıqlamalar və eyhamlar Türkiyə-ABŞ əlaqələrinə zərbə vura bilər.
Türkiyədə hərbi çevriliş cəhdindən sonra əmək və sosial müdafiə naziri Süleyman Soylu demişdi ki, «çevrilişin arxasında ABŞ dayanır. ABŞ Fetullah Güleni bizə vermədilər».
Erdoğan deyib ki, bütün günahkarlar cəzalandırılacaq
Hadisələr zamanı ölənlərin dəfnində iştirak edən R.T.Erdoğan deyib ki, bütün günahkarlar cəzalandırılacaq. Bundan əlavə. R.T.Erdoğan Fətullah Gülənə görə ABŞ-la danışıqların davam etdiyini bildirib
Putinlə Erdoğan görüşəcək
Avqustun əvvəllərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Recep Tayyip Erdoğan görüşəcək.
Xəbəri Anadolu agentliyi yayıb. Görüşün harada keçiriləcəyi haqqında məlumat verilmir.
İyulun 17-də Putinlə Erdoğan arasında telefon danışığı olub.