Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:33

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
16:28 7.6.2014

POROSHENKO VƏ "SİLAH" ƏLAMƏTİ


Ukrayna prezidentinin andiçmə mərasimində fəxri qarovul zabitlərindən biri silahı əlindən yerə salıb. Epizod Petro Poroshenko parlament binasına daxil olarkən baş verib. Yaxşı əlamətdir, ya pis? Ekstrasenslik sarıdan məlum deyil, hər halda seçmə əsgərlərdən birinin silahı əlindən salması yaxşı görünmür. Xatırlayırsızsa, Viktor Yanukovych-in də innaugurasiya mərasimində kuryoz baş vermişdi. O dəfə zabit əlindən qapını buraxmışdı. Və nəhayət belə bir zarafat var ki, 2013-cü ildə Yanukovych-in problemləri İlham Əliyevi qəbul edərkən fəxri qarovul komandiri təsadüfən əlindəki qılıncla öz papağınə yerə salandan sonra başladı...
17:30 7.6.2014

PUTİN UKRAYNA SEPARATÇILARI İLƏ QƏRB ARASINDA


Vladimir Putin FSB-nin Sərhəd xidmətinə göstəriş verib ki, sərhəd pozuntularının qarşısını almaq məqsədilə Rusiya-Ukrayna sərhəddinə nəzarəti gücləndirilsin. Bu haqda Rusiya prezidentinin mətbuat xidməti xəbər verir

Məlumat Ukrayna prezidenti Petro Poroshenkonun andiçmə mərasimindən dərhal sonra yayılıb. Bir gün əvvəl Poroshenko və Putinin Fransada qısa görüşü olub. Burada Putin Fransa, Almaniya, Böyük Britaniya və ABŞ liderləri ilə də qısa danışıqlar aparıb. Xəbər verilir ki, Putin-i Ukraynanın şərqindəki silahlı separatçılara dəstək verməkdən çəkindiriblər.

Rusiya Ukraynanın şərqindəki silahlı separatçılara hər hansı aidiyyatını inkar edir. Eyni zamanda burada Ukrayna hökumət qoşunlarına qarşı döyüşən dəstələr arasında Rusiyadan gələn döyüşçülərin və silahların sayı durmadan artır.
18:11 7.6.2014

UKRAYNA VƏ RUSİYANIN JURNALİST OVU


Münaqişə başlayandan bəri tərəflərin media nümayəndələrinə hücumları haqda tez-tez xəbərlər yayılır. Rusiyamelli yaraqlıları "terroçu" adlandırsan separatçıların hədəfi olursan, onlara "özünümüdafiə əsgəri" desən rəsmi Kiyevin qəzəbinə tuş gələ bilərsən. Bu günlərdə Donetskdə "Donbass" və "Veçernıy Donetsk" qəzetlərinin redaktorlarını yaraqlı şəxslər həbs etdi. İyunun 7-də isə Slavyasnk yaxınlığında Ukrayna hərbçiləri Rusiyanın "Zvezda" qəzetinin 2 jurnalsitini saxlayıb. Beynəlxalq qurumlar dəfələrlə tərəfləri söz və media azadlığına hörmətlə yanaşmağa çağırıblar. Ukrayna Ali Radasının üzvü Oleg Lyashko Rusiya TV jurnalistlərini parlamentdən qovanda ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic də reaksiya verməyə məcbur olur.

Davamı

XS
SM
MD
LG