Keçid linkləri

2024, 09 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:02

Ukraynadakı videomüşahidə sistemi Moskvanın ayrıca diqqət hədəfinə çevrilə bilər


Yolda müşahidə kamerası
Yolda müşahidə kamerası

AzadlıqRadiosu Ukrayna xidmətinin "Sxemı" araşdırma layihəsi üzə çıxarıb ki, ölkənin şəhər və infrastruktur obyektlərində, özəl şirkət və adi evlərində quraşdırılan minlərlə videomüşahidə sistemi Moskvada yerləşən, Rusiyanın hökumətə xidmət edən iri şirkətlərinə məxsus serverlərə bilgi ötürə bilər.

Moskvada yerləşən DSSL şirkətinə satılmış TRASSIS videomüşahidə sistemləri Ukraynanın güvənliyini təhdid edə bilər. Xüsusi Kommunikasiyalar və İnformasiyaya Nəzarət üzrə Dövlət Xidməti bu barədə hökuməti xəbərdar etdiyini "Sxemı"ya bildirib. Texniki ekspertlər, o cümlədən bir TRASSIR mütəxəssisi və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bir keçmiş yüksək vəzifəli zabiti həmin dəyərləndirməni təsdiqləyib.

"Kamera önəmli bir infrastruktur obyektində yerləşərsə, digər tərəfdəki işçi və server sahiblərinin nə iş görməsi və bu bilgiləri hərbi məqsədlər üçün necə istifadə etməsi sualı ortaya çıxır", - "CyberLab's Digital Forensics Laboratory" adlı informasiya təhlükəsizliyi üzrə ixtisaslaşan Ukrayna şirkətinin icraçı direktoru Serhiy Denisenko deyir. O, "digər tərəf" deyərkən Rusiyanı nəzərdə tutur.

"Məlumat ötürülməsi qəbuledilməzdir"

Rusiya Ukraynaya qarşı tammiqyaslı savaşa başlayandan bəri Ukrayna hökuməti hələ də TRASSIR videomüşahidə sistemlərinin istifadəsinə qarşı hər hansı ictimai xəbərdarlıq yaymayıb. Ancaq "Sxemı" öz araşdırma nəticələrini dərc edəndən sonra - dekabrın 7-də daxili işlər naziri İhor Klimenko jurnalistlərin əldə etdikləri nəticələrlə bağlı hökumətin dərin yoxlama aparacağını bildirib.

Ukrayna şirkətləri TRASSIR-dən 10 mindən çox kamera və videoqeydiyyat cihazı alıblar.
Ukrayna şirkətləri TRASSIR-dən 10 mindən çox kamera və videoqeydiyyat cihazı alıblar.

Klimenko ertəsi gün milli televiziya bu sözləri dilə gətirib: "Əlbəttə, hipotetik belə olsa, özəlliklə savaş dövründə hər hansı [xarici] ölkəyə məlumat ötürülməsi qəbuledilməzdir".

Rusiya ordusunun hələ hücumların başlanğıcında işğal etdiyi Çernobıl atom elektrik stansiyası TRASSIR videomüşahidə sistemlərindən yararlanan hökumət obyektlərindən biridir. Ukrayna Dəniz Limanları Qurumu, eləcə də Qara dəniz limanı olan Odessadakı Dəniz Axtarış və Xilasetmə Mərkəzi də bu sistemlərdən istifadə edir.

Bu videomüşahidə sistemləri Krım yarımadasının işğalından və Donbas bölgəsində münaqişə ocağı yaradılmasından həm öncə, həm də sonra satın alınıb.

Bilgi sızmasını necə azaltmaq olar?

Bilgi bazalarından görünür ki, ötən il aylarca Rusiya işğalı altında qalan və hələ də rusların vaxtaşırı bombaladığı strateji önəmli Xerson şəhəri də ictimai məkanlardan ötrü TRASSIR videomüşahidə sistemlərini alıb. Alıcılar arasında Nikopol, Poltava və Slavutiç kimi sənaye şəhərləri var. Bu şəhərlərin hər biri Rusiyanın hücumlarına məruz qalıb.

"Sxemı" Rusiya ordusu və ya təhlükəsizlik xidmətlərinin bu məntəqələri hədəfə alarkən TRASSIR sisteminə aid görüntülərdən istifadə etdiyini göstərən hər hansı dəlil tapmayıb. Rusiyanın tammiqyaslı hücumundan bir neçə gün öncə Kiyev Rusiyada yerləşən internet serverlərinə çıxışı bloklayıb. TRASSIR-dən yararlanan və "Sxemı"nın suallarını cavablandıran Ukrayna şirkət və müəssisələrinin çoxu bildirib ki, bilgi sızması riskini azaltmaq üçün Rusiya proqramlarından ya qapalı yerli şəbəkələrdə yararlanırlar, ya da artıq istifadə etmirlər. Ancaq "Sxemı" və rəqəmsal təhlükəsizlik mütəxəssisləri müəyyənləşdiriblər ki, TRASSIR sistemləri VPN-dən faydalanıb Rusiya serverlərinə qoşula bilər.

Poltavada müşahidə kameraları ilə küçələrə nəzarət edirlər.
Poltavada müşahidə kameraları ilə küçələrə nəzarət edirlər.

DSSL şirkətinin nəzarət etdiyi TRASSIR Rusiyada kamera müşahidəsi sahəsində tanınmış markadır. DSSL-in saytında deyilir ki, Rusiyanın milli TV kanallarının translyasiya habı olan Moskvadakı Ostankino qülləsi, Tomsk regionu hökumətinin qərargahı, Sankt-Peterburqun körpüləri TRASSIR CCTV sistemlərindən yararlanır. Şirkət Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya və Rusiyada toplam 150 tərəfdaşının olduğunu bildirir.

TRASSIR-in kiçik dükanlardan hava limanlarınadək hər yerdə istifadə oluna biləcəyini iddia etdiyi sistem, əsasən, Çinin "Hikvision" şirkətinin kameraları ilə çalışsa da, görüntüləri ötürən proqram təminatı TRASSIR-in özünündür.

"ImportGenius" idxal-ixrac bilgi bazası göstərir ki, Ukrayna şirkətləri 2016-cı ildən ötən ilin fevralınadək TRASSIR-dən 10 mindən çox kamera və videoqeydiyyat cihazı satın alıblar. Potensial olaraq qanunsuz ixrac edilən avadanlığın sayı bura daxil deyil.

XS
SM
MD
LG