Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 23:40

Türkiyədə Ukrayna-Rusiya danışıqlarının birinci dövrəsi başa çatdı


İstanbul danışıqlarında
İstanbul danışıqlarında

Rusiya və Ukraynanın hərbi nümayəndə heyətləri taxıl ixracının blokdan çıxarılması yollarına dair danışıqların növbəti dövrəsini də gələn həftə Türkiyədə davam etdirəcəklər

Rusiya və Ukraynanın hərbi nümayəndə heyətləri taxıl ixracının blokdan çıxarılması yollarına dair danışıqların növbəti dövrəsini də gələn həftə Türkiyədə davam etdirəcəklər.

Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi iyulun 13-də verib.

Türkiyə müdafiə naziri Hulusi Akar iyulun 13-də keçirilən danışıqlardan sonra deyib ki, tərəflər Qara dəniz limanlarında birgə nəzarət və dəniz nəqliyyatı yollarının təhlükəsizliyinin təmin olunması barədə ilkin razılaşma əldə ediblər.

Nazirin sözlərinə görə gələn həftə Türkiyədə keçiriləcək danışıqlardan sonra bütün təfərrüratlara bir daha baxılacaq və görülən işin nəticəsi barədə sənəd imzalanacaq.

Rusiya və Ukrayna hərbi nümayəndələri İstanbulda keçirilən danışıqlarda taxılın blokadada olan dəniz limalarından çıxarılması məsələsini müzakirə edirdilər.

İyulun 13-də keçirilən danışıqlarda Türkiyənin hərbi rəsmiləri və BMT nümayəndələri də iştirak edirdilər.

Hazırda Ukraynanın yüz minlərlə ton taxılı Rusiyanın hərbi blokadasına görə Qara dəniz limanlarında və anbarlarda qalıb.

“Mühüm və əsaslı addım”

BMT-nin baş katibi Antonio Quterreş deyib ki, tərəflərin mart ayından bəri ilk dəfə üz-üzə oturaraq danışıqlar aparması irəliyə doğru “mühüm və əsaslı addımdır”.

O ümid etdiyini bildirib ki, gələn həftə yekun razılaşma əldə etmək mümkün olacaq.

Quterreş əlavə edib ki, bunun üçün tərəflərdən “xoş məram və siyasi iradə” tələb olunur.

Ukrayna prezidenti Volodimir Zelenski də danışıqlarda “müəyyən irəliləyişin” olduğunu bildirib:

"Biz əlbəttə, dünya bazarlarının ərzaq təchizatının bərpa olunması istiqamətində əhəmiyyətli səylər göstəririk. Mən BMT-yə və Türkiyəyə göstərdikləri səylərə görə minnətdaram”.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Moskva bu danışıqlarda “problemin sürətli və praktik həlli” üçün təkliflər paketi təqdim edib.

Xəbər verilir ki, iyulun 13-də dördgünlük danışıqların birinci dövrəsi başa çatıb.

Ukrayna dünya üzrə arpa kimi taxıl məhsullarının və qarğıdalının əsas ixracatçılarından biridir.

Türkiyə gəmiləri hazır vəziyyətdədir

Kiyev bildirir ki, hazırda 25 milyon tonadək taxıl Ukrayna limanlarında qalıb.

Danışıqçılar məsələnin tezliklə həll olunacağına və Ukraynadakı taxıl anbarlarının yeni məhsul üçün boşalacağına ümid edirlər.

Hazırda taxılın bir hissəsi Avropa ərazisindən dəmir yolu ilə daşınır.

Ukraynada və Qərbdə bir çoxları Moskvanı Ukraynadan oğurlanmış taxılı satmaq cəhdlərində ittiham edirlər.

Diplomatlar bildirirlər ki, əldə olunmuş razılaşmaya əsasən limanlardan çıxan və gələn tankerləri Ukrayna gəmiləri müşayiət edəcəklər.

Rusiya taxlın daşınması zamanı atəşin dayandırlımasını təmin etməli, Tükiyə isə BMT-nin dəstəyi ilə gəmiləri yoxlamalıdır.

Rusiya narahat olduğunu bildirib ki, Ukraynaya gəmilərlə silahlar daşına bilər.

Türkiyə bildirir ki, onun Qara dənizdə hazır vəziyyətdə olan 20-dək tankeri var və bunlar taxılı tez bir zamanda limanlardan dünya bazarına çıxara bilərdilər.

XS
SM
MD
LG