Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:44

Vaqner indi də pornosaytlardan adam yığır


Vaqner-in Sankt-Peterburqdakı ofisi, noyabr, 2022-ci il
Vaqner-in Sankt-Peterburqdakı ofisi, noyabr, 2022-ci il

Rusiyanın Vaqner (Wagner) özəl muzdlu döyüşçü şirkəti dünyanın ən böyük pornoqrafik vebsaytı olan Pornhub-a reklamlar yerləşdirib. Şirkət Kremlin Ukraynada apardığı müharibəyə döyüşçü cəlb edir.

Rusiyadan bu pornoqrafik sayta VPN-siz, reklamları bloklayan proqramlarsız daxil olanlar Vaqner-in videosu ilə qarşılaşırlar. Şirkət onları pornoqrafiyaya baxmaqdansa, Vaqner-ə qoşulmağa çağırır.

Nalayiq ifadələrlə dolu mətndə deyilir ki, Vaqner “Rusiyanın bütün regionlarından” muzdlular yığır.

Priqojin təsdiqləyir

Reklamın bir yerində bir qadın ağzında şirni oynadır, fonda qadın səsi isə deyir ki, Vaqner “dünyada ən lənətə gəlmiş yaxşı özəl ordudur”.

Vaqner-in həmtəsisçisi və sahibi Yevgeni Priqojin Pornhub vebsaytında reklam yerləşdirildiyini təsdiqləyb.

“Reklamın porno-vebsaytlarda yerləşdirilməsi marketinq ekspertlərimizin yaxşı ideyasıdır. Onlarla tam razıyam. Reklamda deyilir: Gedin, Vaqner özəl hərbi ordusunda döyüşün, masturbasiyanı dayandırın. Bununla razılaşmayan var?” – Priqojin Telegram-da yerləşdirilmiş bəyanatda deyir.

Kremlə bağlı Priqojin “Putinin aşpazı” ləqəbiylə tanınır, çünki şirkəti Rusiya Prezidenti Vladimir Putin üçün ərzaq təchizatıyla məşğul olub.

Vaqner Rusiya boyunca müxtəlif islah-əmək koloniyalarından minlərlə məhbusu sıralarına cəlb edib. Şirkət Rusiyanın ötən fevraldan Ukraynada apardığı müharibədə fəal iştirak edir.

Məhbusları indi də Müdafiə Nazirliyinin yığdığı deyilir

Ötən həftə Priqoqjin bəyan edib ki, Ukraynanın şərqi Baxmut şəhərini tutmağa çalışan döyüşçüləri, Rusiya qüvvələri ilə birlikdə sursat çatışmazlığı yaşayır.

Keçən ay Priqojin Vaqner-in məhbus cəlbini dayandırdığını elan edib. Bu arada Müdafiə Nazirliyinin Rusiya təcridxanalaırndan qüvvə yığmağa başlaması xəbərləri gəlir.

Bir sıra ölkələr Vaqner-i terrorçu təşkilat kimi tanıyıb.

Bu həftə Rusiya parlamentinin qəbul etdiyi qanun layihəsində Rusiya qüvvələrinin nüfuzdan salınmasına görə cəzalar genişləndrilib, Ukraynada döyüşən muzdlu və könüllü döyüşçülər də bu sıraya salınıb.

Ukraynada müharibə başlayandan bu qanunlardan Kremlin çoxdankı tənqidçilərinə uzunmüddətli həbs cəzaları verilməsi üçün istifadə olunub.

XS
SM
MD
LG