Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

"Xəzər" universiteti dünya reytinqində 701-750-ci yerləri bölüşür


Tələbələr. İllüstrasiya (Shutterstock)
Tələbələr. İllüstrasiya (Shutterstock)

Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkəti 2018-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb.

İlk üçlüyü ABŞ universitetləri tutur.

İlk onluqda isə 5 ABŞ, 4 Böyük Britaniya və bir İsveçrə Universiteti qərarlaşıb.

Siyahıya ABŞ-ın Massaçuset Texnologiya Universiteti (MIT)başçılıq edir.

İlk onluq belədir:

1. Massasuçes Texnologiyalar Universiteti (ABŞ)

2.Stanford Univertsiteti (ABŞ)

3.Harvard Universiteti (ABŞ)

4. Kaliforniya Universiteti (ABŞ)

5 Kembric Universiteti (Böyük Britaniya)

6. Oksford Universiteti (Böyük Britaniya),

7. London Kollec Universiteti (Böyük Britaniya)

8. London Kral Kolleci (Böyük Britaniya)

9. Çikaqo Universiteti (USA)

10. İsveçrə Federal Texnologiya Universitet i(İsveçrə)

Azərbaycandan siyahıya Xəzərvə Bakı Dövlət Universitetləri düşə bilib.

Xəzər Universiteti 701- 750-ci, Bakı Dövlət Universiteti isə 801-1000-ci yerləri bölüşdürürlər.

Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti ötən illə müqaisədə 100 pillə geriləyib, Xəzər Universiteti isə yerini qoruya bilib.

Azərbaycanın qonşularından Ermənistanla Gürcüstan siyahıda yer ala bilməyib.

Siyahıya Türkiyədən də bir neçə universitet düşüb.

Amma siyahıda ölkəni ən yaxşı Bikent Univetsiteti (421-430), Koç Universiteti (431-440) və Sabançi Universiteti (461-470) təmsil edə bilib.

Siyahıya Rusiyadan da xeyli universitet düşə bilib.

Belə ki, Lomonosov adına Moskva Dövlət Universiteti 95-ci pillədə qərarlaşıb.

Həmçinin Rusiyanın Sankt Peterburg Dövlət Universiteti 240-cı, Novosibirsk Dövlət Universiteti 250-ci, Moskva Dövlət Texnologiya Universiteüti 291-ci, Tomsk Dövlət Unversiteti 323-cü, Milli Tədqiqat Tomsk Politexnik Universiteti isə 386-cı yerdə qərarlaşıb.

Keçmiş sovet respublikalarından Qazaxıstan Dövlət Universiteti 236-cı, Qazaxıstan Avrasiya Milli Universiteti isə 336-cı yerdə gəlir.

Tam siyahı burda.

XS
SM
MD
LG