Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağaəliyev topluma açıq tutulmalı olan bilgiləri qapalı saxladığına görə Radiotezliklər üzrə Dövlət Komissiyasını və Milli Televiziya və Radio Şurasını məhkəməyə verib. Hər iki quruma qarşı iddialar Səbail rayon Məhkəməsində qaldırılıb.
Xalid Ağaəliyev dövlət qurumlarını teleradio yayımı üçün tezlik siyahısını gizlətməkdə günahlandırır.
Media Hüququ İnstitutu məhkəmədən dövlət qurumlarının bilgi sorğusunu cavablandırmamasını qanunsuz sayan, həmin qurumların üzərinə sorğuları cavablandırmaq vəzifəsi qoyan qətnamə qəbul etməsini xahiş edib.
Xalid Ağaəliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, Media Hüququ İnstitutunun əməkdaşları oktyabrın əvvəlində Radiotezliklər üzrə Dövlət Komissiyasından Azərbaycanın radiotezlik zolaqlarının bölüşdürülməsi üzrə Milli Cədvəlin surətini və Azərbaycanda teleradio yayımı məqsədilə ayrılmış tezliklərin siyahısını istəyib.
Milli Televiziya və Radio Şurasından isə teleradio yayımı məqsədilə ayrılmış, istifadəyə verilmiş, eləcə də hazırda boş olan tezliklərin siyahısı, habelə Azərbaycanda fəaliyyət göstərən teleradio kanalları monitorinq edilən zaman istifadə olunan metodologiyanı əks etdirən sənədlərin surəti, monitorinqlərin keçirilməsini nəzərdə tutan, tənzimləyən qurumdaxili normativ aktların surətləri istənilib. Hər iki qurum bilgiləri verməkdən imtina edib.
Noyabrın 17-də Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə Milli Televiziya və Radio Şurasına qarşı iddia üzrə hazırlıq iclası keçirilib.
Qarşı tərəf iclasa gəlmədiyi üçün hazırlıq iclası noyabrın 26-na təxirə salınıb.
Radiotezliklər üzrə Dövlət Komissiyasına qarşı iddia ilə bağlı ərizə isə eyni məhkəmənin digər hakimi Fuad Hüseynovun icraatına verilib.