Qanun kimi necə cəzalandırır: RÜŞVƏT ALANI

Arxiv fotosu

.


Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)

311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

3.11.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 311.3.3-cü maddəsində «külli miqdar» dedikdə, 5000 manatdan artıq olan məbləğ başa düşülür.
"Cinayət Məcəlləsi" məmurun rüşvət almaq üçün işlətdiyi başqa fəndlərə, vəzifəsini yerinə yetirməmək, səhlənlkarlıq və başqa əməllərə görə də cəzalar nəzərdə tutur. Məcəlləni buradan kompyuterinə köçür.

Məcəllədə 6 fevral 2013-cü ildən sonra oluna biləcək dəyişiklikləri Ədliyyə Nazirliyinin sənədlərində tap.