Sahibkarlıq fəaliyyətində rüsumlar və mümkün cərimələr

.



Sahibkarlıq fəaliyyətinin bütün mərhələlərində - biznesin qeydiyyatı, lisenziyaların alınması, standartlaşdırma və s. sahələrdə qarşılaşa biləcəyiniz bütün mümkün dövlət rüsumları, xidmət haqları, sənədlərin siyahısı və cərimələri bir yerə toplamışıq.

Cərimələr, sənədlərin nümunələri və siyahısı solda, dövlət rüsumları sağda yerləşdirilib. Burada həmçinin korrupsiya və rüşvət halları ilə üzləşərsəniz şikayət edə biləcəyiniz ünvanlar göstərilib.

SAHİBKARLIQ SƏNƏDLƏRİ - KEÇİD

SAHİBKARLIQ FƏALİYYƏTİNDƏ LAZIM OLA BİLƏCƏK SƏNƏDLƏRİN SİYAHISI VƏ NÜMUNƏLƏRİ

Gömrük sənədlərinin nümunələri.

Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi üçün ərizə forması

Vətəndaş qüsursuzluğu haqqında ərizə nümunəsi


Lazım olan sənədlərin tam siyahısını və ərizə, blank formalarını BURADAN GÖTÜR.


Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi sənədlərdən nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.

DÖVLƏT RÜSUMLARI
DÖVLƏT RÜSUMU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Gömrük rüsumları - keçid

GÖMRÜK RÜSUMLARI


Sahibkarlıq fəaliyyətində inzibati xətalara görə cərimələr - keçid

SAHİBKARLIQDA MÜMKÜN CƏRİMƏLƏR

Maddə 53. Əmək qanunvericiliyinin pozulması
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Maddə 240-1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasi
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Sahibkarlıqda bütün mümkün cərimələrlə burada tanış ol.

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün.
220 manat
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün. 3 manat
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün. 11 manat
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün. bu Qanunun 20.1—20.3-cü maddələrində göstərilən məbləğin 50 faizi
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün. 2 manat
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) 1 manat

Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri

Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə. 11 manat
22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə. 110 manatdan - 22000 manatadək
BİZNES İŞLƏRİNDƏ BÜTÜN DÖVLƏT RÜSUMLARININ MƏBLƏĞİNİ BURADAN GÖTÜR.

RÜSUMLARI HƏM DƏ ÇAP EDƏ BİLƏRSƏN.


BAŞQA DÖVLƏT İDARƏLƏRİNDƏ ÜZLƏŞƏ BİLƏCƏYİNİZ XİDMƏT TARİFLƏRİ

Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsində ödənişlərin siyahısı.


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tutulan xidmət haqlarının məbləğini BURADAN GÖTÜR.

Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri BURADA.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tarifləri.

Əmtəə nişanının qeydə alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası

Coğrafi göstəricinin qeydə alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası

Faydalı modelə patent alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası

İxtiraya patent alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası

Sənaye nümunəsinə patent alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası.