İmtahanda rüşvətə görə 70 müəllim tutulub

Fevralın 1-də Zaqreb Universitetində imtahan suallarının cavablarını satan 19 adamı iki il yarıma qədər azadlıqdan məhrum ediblər. Tutulanlardan üç nəfəri də iqtisadiyyat üzrə professordur. Professorlara səkkiz aydan 20 aya qədər azadlıqdan məhrumetmə cəzası veriblər. Onların arasında Xorvatiya parlamentində Etika Komitəsinin keçmiş rəhbəri Desa Milkotin Tomic də var.

Professorları vəzifədən sui-istifadə etmək və rüşvət almaqda ittiham ediblər. Məhkəmənin qərarı ilə onlar iki ildən beş ilə qədər təhsil sistemində işləməkdən də uzaqlqşdırılıblar.

Tutulanların sırasında Universitetin inzibati işlərində çalışanlar, tələbələr, vasitəçilər də var.

İttihama görə imtahandan keçə bilmələri üçün tələbələrdən bir neçə yüz avrodan 2000 avroya qədər rüşvət alınırmış.

2008-ci ildən başlayaraq Xorvatiyada ali məktəblərdə rüşvətlə kütləvi mübarizə başlayıb. Həmin ilin sentyabrın indiyə qədər müxtəlif ali məktəblərdən 70 müəllim həbs edilib. Onların arasında 20 nəfər də iqtisadiyyat, nəqliyyat fakültələrinin professoru var.

Xorvatiya 2012-ci ildə Avropa Birliyinə daxil olmağa çalışır. Birlik bunun üçün ondan korrupsiya ilə kəskin mübarizə şərti qoyub.