Hansı ali məktəbdə rüşvət nə qədərdir?

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi 2009-2010-cu dərs ilinin qış semestrinin monitorinqini və tələbələr arasında sorğu aparıb.

Fevralın 10-da yekun hesabatını jurnalistlərə təqdim edən Birlik qeyd edir ki, özəl ali məktəblərdə imtahanların monitorinqi zamanı üç ali məktəbdə ciddi pozuntular aşkar olunub. Həmin ali məktəblərdə dekanlar və prorektorlar ediblər. Digər özəl ali məktəblərdə ciddi pozuntular baş verməsə də, nəticələr çox zəif olub.
Hesabata görə dövlət ali məktəblərində də tələbələrin yarıdan çoxu problemlərdən şikayətləniblər.

Birlik hesabatını jurnalistlərə Təhsil Nazirliyinin nümayəndələri Ənvər İmanov və İlyar Vahabov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və ali məktəb tələbələri iştirakı ilə təqdim edib.

Təşkilatın keçirdiyi sorğuya əsasən rüşvət mövzusunda suallara ayrı-ayrı ali məktəblərin tələbələri bu cür cavab veriblər:

ALİ MƏKTƏBLƏR VƏ SUALLAR
OXUDUĞUNUZ ALİ MƏKTƏBDƏ RÜŞVƏT HALLARI İLƏ RASTLAŞIRSINIZMI?
BƏLİ
XEYR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
(Sorğuda 70 nəfər iştirak edib)
5 %
95 %
Azərbaycan Dillər Universiteti
(Sorğuda 76 nəfər iştirak edib)
20 %
80 %
Bakı Slavyan Universiteti
(Sorğuda 54 nəfər iştirak edib)
70 %
30 %
Bakı Dövlət Universiteti
(Sorğuda 85 nəfər iştirak edib)
84 %
16 %
Azərbaycan Dövlət Pedoqoji Universiteti
(Sorğuda 82 nəfər iştirak edib)
74,5 %
25,5 %
Bakı Tibb Universiteti
(Sorğuda 60 nəfər iştirak edib)
36,5 %
63,5 %
Azərbaycan Dövlət Neft Akademiyası
(Sorğuda 73 nəfər iştirak edib)
90,5 %
9,5 %
Azərbaycan Dövlət İqtisad Universiteti(Sorğuda 80 nəfər iştirak edib)
96 %
4 %
Azərbaycan Texniki Universiteti (Sorğuda 60 nəfər iştirak edib)
86,5 %
13,5 %
Azərbaycan Müəllimlər İnstitutu(Sorğuda 45 nəfər iştirak edib)
93,5 %
6,5 %

Bir daha qeyd edək ki, bu, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin başa çatan qış imtahan sessiyası ilə bağlı tələbələr arasında keçirdiyi sorğunun nəticələridir. Orada adı çəkilən ali məktəb rəhbərlərinin sorğu ilə bağlı fikirlərini də yaymağa hazırıq.