Polis mayoru rəislərinə təzminat ödəməli olacaq

Aleksey Dımovski

Ötən ilin noyabr ayında internetdəki YouTube video paylaşım şəbəkəsinə Rusiya milisini korrupsiya və mənimsəməyla bağlı ittihamlarını yerləşdirən keçmiş milis ayoru Aleksey Dımovski böhtanda təqsirli bilinib.

Novorossiysk məhkəməsinin qərarıyla Dımovski rəislərinin hər birinə 1800 dolara yaxın təzminat ödəməli və internetdə üzr istəməlidir.

Dımovski özü isə AzadlıqRadiosuna bildirib ki, cəriməni ödəməyə imkanı yoxdur. İnternetdə yelrəşdirdiklərinə görə isə peşman deyil və təkzib verməkdənsə, 3 il həbsdə yatmağa üstünlük verər. Dımovski ədalətli qərar çıxana qədər mübarizəsini davam etdirəcəyini bə vurğulayıb.

Aleksey Dımovski həmin videoda rəislərinin onları insanları incitməyə, rüşvət almağa və günahsız həbslərə məcbur elədiklərini iddia edirdi. 700 min adam tərəfindən izlənən bu video görüntülərdən sonra onu işdən çıxarmışdılar.