Senatoru rüşvət və vasitəçilikdə ittiham edərək toxunulmazlığını əlindən aldılar

Rumıniya parlamentinin binası

Rumıniyada deputatlar korrupsiyada ittiham olunan senatorun həbs olunmasına martın 24-də razılıq veriblər. həmkarları onun toxunulmazlıq hüququnu ləğv edəndən sonra müxalifətdə olan Sosial Demokrat Partiyasının təmsilçisi Katalin Voicu vəzifədən sui-istifadə etmək, bəyannamələri saxtalaşdırmaq ittihamı ilə istintaqa cəlb ediləcək.

Hüquq-mühafizə orqanlarının məlumatına görə o, 2009-cu ilin iyul və sentyabr aylarında senator vəzifəsindən istifadə edərək işi məhkəməyə çıxarılan iki iş adamının azadlığa buraxılması üçün polisə xahiş edib. Əvəzində də iş adamlarından 355 min dollar pul alıb.

Polis senatorun səsini də yazıb. Orada senator deyir ki, “belə bir işi əldən vermək olmaz, kim bilir, nə vaxtsa, bu cür pullu iş bir də ələ düşəcəkmi”. İddiaya görə, bundan sonra da senator kimlərinsə Daxili İşlər naziri vəzifəsinə təyin edilməsi üçün vasitəçilik etməyə çalışırmış.

Başqa bir səs yazısında senator deyir ki, bütün ölkə boyu polisə, məhkəmələrə və prokuratura sisteminə nəzarət edən bir şəbəkə qurmaq istəyir.

Sosial Demokrat Partiyası da özünü Voicudan kəınar tutmağa çalışır. Partiyadan bildiriblər ki, parlamentdə senatorun həbsinə imkan verən qərarın qəbuluna mane olmayacaq.