Rüşvətdə ittiham olunan bələdiyyə sədrinin kabineti möhürləndi

Aytac Durak

BƏLƏDİYYƏ SƏDRİNİN KABİNETİ MÖHÜRLƏNDİ, MAŞINI ƏLİNDƏN ALINDI

Adana Böyükşəhər bələdiyyəsinin sədri Aytaç Durak partiyasını, vəzifəsini itirdi. Haqqında rüşvət iddialarına görə onu partiyası Millətçi Hərəkat Partiyası qəbul etmədiyindən istefa vermişdi. Bugünlərdə isə bələdiyyə sədrinin vəzifəsini də əlindən alıblar.

CNN Türk telekanalının məlumatına görə bələdiyyə sədrinin evinin qarşısında olan 01KF 002 nömrəli xidməti maşını da sürücü bu gün gəlib başqa yerə aparıb.

Aytaç Durak bəlkə də Türkiyədə ən çox partiya dəyişən adam sayıla bilər. Əvvəlcə, Ana Vətən, sonra Doğöru Yol, ondan sonra Ədalət və İnkişaf, lap sonuncu dəfə də Milliyətçi Hərəkat partiyasının siyahısı ilə seçkiiyə qatılıb Adana bələdiyyəsinə seçilmişdi.

Martın 28-də isə Türkiyənin Daxili İşlər Nazirliyinin qərarı ilə onu bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıblar. İndi rüşvət iddiaları üzrə hüquq-mühafizə orqanları istintaq aparır. Araşdırmaya cəlb edildiyindən Durakın kabinetini də möhürləyiblər.

AYTAÇ DURAK QƏZƏBLİDİR

Vəzifəsindən çıxarılan Aytaç Durak yazılı açıqlamada hökumətə sərt tənqidlər yağdırıb: “Bura bir dağ başı, padşahlıq, krallıq deyil. seçkilərdə həvəsi qursağında qalanlar bəzi media orqanlarını da özlərinə qoşaraq məni xalqın gözündən salmaq üçün belə bir çirkinliyə baş vurublar.”

Adamanada 47 il müxtəlif vəzifələrdə çalışdığını yazan Aytaç Durak qeyd edir ki, təkcə özünün deyil, bütün ailəsinin heç bir pis əməldə əli yoxdur. O, bildirir ki, son 14 ayda davamlı olaraq onun işi yoxlanıb, heç bir şey tapılmayıb, bundan sonra da tapılmayacaq.

Aytaç Durakı Adana bələdiyəsindəki MHP-dən olan öz partiyadaşları və hakim partiyanın nümayəndələri rüşvət və korrupsiyada ittiham edirlər. o özü isə haqqında səslənən iddiaların yalan olduğunu bildirib. Dediyinə görə sərvəti iddia edildiyi kimi iki milyard dollar yox, 40 milyon dollardan çoxdur. Bunun da bir hissəsi ona qayınatasından miras qalıb.

Durak ona iftira atılması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.