Yadplanetlilər Azərbaycanda (3-cü hissə)

ƏVVƏLİ BURDA

Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə)

3

...- Nә bilim? Nәnәm dedi ki, tәzәsini verәcәk...

Uşaq bunu deyib mәtbәxә tәrәf qaçdı.

- Ay Zibәr, - Tapdıq kişi ucadan arvadını sәslәdi. – Qonağı qarşıla!

Bu zaman mәtbәxdәn әynindә tünd yaşıl rәngli toxunma jaket olan ağbirçәk, Tapdıq kişinin özü kimi dolğun bәdәnli bir qadın çıxdı.

- Xoş gәlmisәn, ay oğul, - dedi, - keç әylәş...

- Sağ olun, - Elçin ona tәşәkkür edib stolun arxasına keçdi vә Tapdıq kişi ilә burda әylәşdi. – Sizin yerlәr nә gözәl yerlәrdi, Tapdıq dayı! – deyә o sözә başladı.

- Eh, ay bala, nә olsun gözәl yerdi, - Zibәr xala şikayәtlәndi. – Sәn gәl burda yaşa görüm necә yaşayacaqsan?!

Başına özü boyda daş düşsün Qorboçovun, gül kimi hökümәti dağıtdı, bizi qoydu zülümlü günlәrә...

- Yaxşı, ay arvad, az danış, - Tapdıq kişi ona tәpindi. – Çay-çörәk gәtir bizә!

- Niyә az danışım?! - Zibәr xala daha da sәsini ucaltdı. – Qoy gedib qәzetindә yazsın ki, bax işığımız yoxdu, qazımız yoxdu... pensiyamızı ala bilmirik...
- Yaxşı, yazar, sәn hәlә bizә yemәk ver, ac qarnına nә yazmaq olar? – Tapdıq kişi Elçinә göz vurub zarafatla dedi.

- Tapdıq dayı, zәhmәt çәkmәyin, - Elçin hörmәtlә dedi. – Mәn yemәk yemişәm, heç nә lazım deyil...

- Nә әziyyәti var, ay oğul? - Zibәr xala dillәndi.- Bu әziyyәtdimi? Әvvәllәr evimizә qonaq gәlәndә toyuq kәsәrdik, qaz kәsәrdik... İndi üzümüz qaradı... Nә toyuq saxlamaq olur, nә cücә...

Elә pendirlә, şorla bir tәhәr qarnımızı doyururuq... – o, bunu deyib mәtbәxә keçdi.

- Tapdıq dayı, bura başqa yerlәrdәn dә dincәlmәyә gәlirlәr yә`qin, hә? – deyә Elçin soruşdu.

- Әvvәllәr tez-tez gәlirdilәr, - Tapdıq kişi dedi. – İndi isә bir o qәdәr gәlәn olmur, hamı unudub bizi... Һәr il yayda bura dincәlmәyә gәlәnlәrә neçә-neçә qoyun-quzu satardıq...

- Bәs geoloqlar necә, gәlirlәrmi?

- Sovetin vaxtında yaman çox gәlirdilәr, - Tapdıq kişi dedi. – Һәlә Urusetdәn dә gәlәn olurdu... Һökumәt dağılandan sonra daha heç kim gәlmir...

- Bir şey tapmışdılarmı?

- Arada bir söz çıxdı ki, guya mis tapıblar... Bizdә Çal qaya deyilәn bir yer var, orda. Deyirdilәr zavod tikmәk istәyirlәr... Һökümәt dağıldı, söz-söhbәt dә kәsildi...

Zibәr xala gәtirib stola yağ, şor, tәndir çörәyi qoydu. Sonra isә kәkotu çayı gәtirib soruşdu:

- Oğul, kәkotu çayı içә bilirsәnmi? Biz ona öyrәşmişik, dükan çayı almırıq... Әgәr içә bilmirsәnsә gedim dükandan çay alım...

- Kәkotu çayına çay çatmaz, Zibәr xala! – Elçin cavb verdi. – Һeç yana getmәk lazım deyil, elә ondan içәrik...

Yarım saatdan sonra Elçin Tapdıq kişi ilә durub hәyәtә çıxdılar. Tapdıq kişi onu burdakı әl damına gәtirdi.

- Oğul, biz ora nә aparaq özümüzlә? – deyә o, Elçindәn soruşdu. Elçin burdakı alәtlәri nәzәrdәn keçirib dedi:

- Nә deyim, ay Tapdıq dayı, - Elçin balca әt baltasını әlinә götürüb iti olub-olmadığını yoxladı. – Bizә yeri qazmaq üçün yәqin ki, bel lazım olar. Ancaq camaat beli әlimizdә görsә nә deyәr? Şübhәlәnmәzlәr...?

- Mәndә balaca bel var, çoxdan meşәdәn tapmışam, - Tapdıq kişi bunu deyib burdakı yeşiklәrin birinin içindәn gödәk saplı, paslı bir bel çıxartdı. – Deyәsәn o vaxt bunu geoloqlar yadlarından çıxarıb meşәdә qoyublar -dedi.

- Һә, bunu gizlәtmәk olar, - Elçin beli götürüb yoxladı, sonra da soruşdu, - o daş çox yekә daşdır?

- Qara daşımı deyirsәn?

- Һә.

- Olar da... necә deyim sәnә... iki un çuvalı boyda...

- Onda bu bel bizә bәs edәr, bir tәhәr qazarıq... – Elçin dedi. - Sәn deyirdin xәncәrin dә var, hanı o?

- Onu evdә saxlayıram – Tapdıq kişi cavab verdi. – O hadisәdәn sonra onu gecәlәr başımın altına qoyub yatıram... Gәtirimmi?

- Һә, gәtir... bir dә bu baltanı götürәk...

Tapdıq kişi evә gedib әlindә ağ parçaya bükülü xәncәrlә geri qayıtdı. O, dәsmalı açıb enli tiyәsi olan bu xәncәri Elçinә verdi. Elçin xәncәri götürüb nәzәrdәn keçirdi vә çәkib qınından çıxardı.

- Bu nә zırıltı şeydi, ay Tapdıq dayı? - o, gülümsәyib dedi.

- Һә, oğul, poladdandı. Әvvәllәr, dana, cöngә kәsәndә bununla kәsәrdim... Tapdıq dayının bir vaxtları var idi gәl görәsәn...!

- Bu sәnә yәqin babandan qalıb, hә?

- Һә.

- Yaxşı, - Elçin xәncәri baltanın vә belin yanına qoyub yenә әl damını nәzәrdәn keçirdi. – Ayrı bizә nә lazım ola bilәr?

- Kibrit lazım olarmı?

- Һә, götürәk hәr ehtimala qarşı...

- Elçin, sәn ayqqabılarını da çıxart, götür bu rezin çәkmәlәri gey, bunlar oğlumundu. - Tapdıq kişi divardan asılmış qara çәkmәlәri götürüb ona verdi vә dedi, – otun-kәlәfin içindә ayaqqabılarla gәzmәk olmur...

Elçin Tapdıq kişinin verdiyi çәkmәlәri alıb soruşdu:

- Bәs sәn nә geyәcәksәn?

- Mәnim dә çәkmәlәrim var, mәn dә indi onları geyәcәm...

Elçin ayaqqabılarını çıxarıb çәkmәlәri geyә-geyә dedi:

- Tapdıq dayı, bir kisәdәn, çantadan nә var, bu alәtlәri yığaq içinә...

Tapdıq kişi yenә evә qayıtmalı oldu vә әlindә qırmızı zolaqlı idmançı çantası ilә geri qayıtdı.

- Ә`la! – Çanta Elçinin xoşuna gәldi. O, alәtlәri çantanın içinә yığıb zәncirbәndini çәkdi vә çiyninә keçirdi. – Һә, bu oldu lap “firminni!”

- Bәlkә, gödәkçәni dә dәyişәsәn? – Tapdıq kişi mәslәhәt elәdi. – Һeyifdir, cırılıb-eliyәr... Mәndә bir әsgәr sırıqlısı var, - Tapdıq kişi bunu deyib burdakı kisәlәrin birinin ağzını açdı vә ordan yaşıl-sarı rәngli bir sırıqlı çıxartı.

Elçin bir söz demәyib gödәkçәsini dә dәyişdi vә çantanı götürüb gümrah sәslә dedi:

- Һә, Tapdıq dayı, indi mәn hazır, hara deyirsәn gedәk!

- Gedәk, oğul, gedәk! Allah kәrimdi! Gedәk görәk başımıza nә gәlir?

On dәqiqәdәn sonra onlar hәrәsi әllәrinә bir çomaq götürüb Göy bulağa tәrәf yollandılar.

Kәnddә adam az idi. Buna baxmayaraq onlar kәnddәn çıxana kimi bir neçә nәfәr Tapdıq kişi ilә salamlaşdı, bә`zilәri isә zarafatla onların hara getdiyini soruşdu.

- Bu oğlan qohumumdu, özü dә qәzetdә işlәyir, - Tapdıq kişi onlara deyirdi. – Kәndimiz haqqında yazı yazacaq...

Aparıram dağları ona göstәrmәyә...
Onların bә`zilәri buna sevinirdi vә Zibәr xala kimi dәrhal şikayәtә başlayırdılar, bә`zilәri isә әllәrini yellәyib, “eh, o qәdәr yazın ki, heç bir xeyri olmayacaq”, deyirdilәr...

Çox keçmәdi ki, Elçingil kәnddәn çıxdılar vә şırıltı ilә axan çayın kәnarı ilә dağlara tәrәf yönәldilәr.

- Tapdıq dayı, әvvәllәr bu Göy bulaq haqqında nә eşitmişdin? – deyә Elçin çayın kәnarına çatanda ondan soruşdu.

- Һeç nә, oğul! – Tapdıq kişi cavab verdi. – Bu bulaqla әlaqәdәr heç bir sirli, ya bәdbәxt hadisә olmayıb...

Әksinә, camaat çox vaxt burda yeyib-içmәyә, әylәnmәyә üstünlük verib. İndi gedәk görәrsәn, ora necә sәfalı yerdir!

- Bәs qonaqlar necә, onlar şikayәt elәmәyiblәr ki?

- Qonaqlar da şikayәt etmәyib. Kim ki, buralarda dincәlib, tәriflәyib buraları. Elә deyәsәn bircә mәnimlә belә bir qәribә hadisә baş verib!

Onlar gәlib çayın üstündә qurulmuş ensiz taxta körpüyә çatdılar vә onu keçib seyrәk meşәli boz qayaların altı ilә yuxarı qalxmağa başladılar.

Kәnarlarında müxtәlif ağaclar, kol-kos bitәn cığır gah enlәnir, gah da bir neçә yerә şaxәlәnib müxtәlif istiqamәtlәrә tәrәf yönәlirdi. Kәrpicli artıq xeyli aşağıda görünürdü.

O, üstü sıx meşәli uca tәpәlәrin arxasında gah görünür, gah da gözdәn itirdi. Belәcә bir xeyli getdikdәn sonra dağ yolu onları gәtirib bir meşәnin kәnarına çıxardı.

- Oğul, gәl burda oturaq, bir qәdәr dincәlәk, - Tapdıq kişi dedi vә cığırın kәnarındakı daşların birinin üstündә oturdu vә şikayәtlәndi. – Daha әvvәlki vaxtlarım deyil, son zamanlar yaman tez yoruluram, hәm dә dizlәrim ağrayır...

- Tapdıq dayı, bәs niyә o bulağa Göy bulaq deyirlәr? – Elçin onun yanında әylәşib soruşdu.

- Nә deyim vallah? – Tapdıq kişi cavab verdi. – Mәn gözümü açandan onun adı elә belә olub, hәmişә camaat onun adına Göy bulaq deyib...
- Bәlkә onun suyu göy rәnglidir?

- Yox, adi sudur, ancaq, çox tamlıdır, adamın canına yağ kimi yayılır...

Onlar bir qәdәr oturub dincәldikdәn sonra yenә durub yollarına davam elәdilәr.

Tapdıq kişi qabaqda, tәlәsmәdәn, aramla irәlilәyir, Elçin isә onun arxasınca gedirdi. Nәhayәt onlar meşәnin içi ilә gәlib Göy bulaq yerlәşәn dağın döşünә çatdılar.

Burdan başlanğıcını götürәn enli, sıx meşәli dәrә, düz Kәrpiçliyә qәdәr uzanıb gedirdi vә hardasa qarşıdakı dağların әtәklәrindә dörd bir tәrәfdәn uzanıb gәlәn başqa dәrәlәrlә bir-birlәrinә qovuşurdular.

- Һә, oğul, daha bir şey qalmadı, - Tapdıq kişi bir qәdәr tәnginәfәs halda dedi.- Gәl bir az da dincәlәk, sonra bu yolu birnәfәsә qalxarıq. – O, bunu deyib yenә burdakı daşların birinin üstündә oturdu vә bir qәdәr susub sözünә davam elәdi. – Sәn o xәncәri çıxar çantadan, ya mәnә ver, ya da özün sırıxlının altında gizlәt.

Mәni artıq yenә vahimә basır, elә bilirәm ki, bizdәn başqa kimsә var burda...

Elçin әtrafı diqqәtlә nәzәrdәn keçirib çantadan xәncәri çıxardı vә sırıqlının altında gizlәtdi. Tapdıq kişidәn fәrqli olaraq o, heç nә hiss elәmirdi, lakin kişinin xәtrinә dәymәsin deyә, Elçin ona tabe oldu.

- Һә, Tapdıq dayı, - o xәncәri şalvarının belinә soxub şәn sәslә dedi: - indi qoy kim gәlir, gәlsin!

Mәn ona göstәrәrәm bizimlә zarafat etmәk nә demәkdir!
Elçinin bu şәn cavabı Tapdıq kişini bir qәdәr ruhlandırdı. O, qulaqlı papağını başından çıxarıb alnının tәrini dәsmalla silә-silә dedi:

DAVAMINI BURDA OXU