Vulkandan lava axmağa başlayıb

İslandiyada püskürən vulkan, 19 aprel 2010

İslandiya hakimiyyəti ötən həftənin əvvəlindən fəaliyyətdə olan vulkandan indi külli miqdarda lava axmağa başladığını bildirib. Vulkan püskürməyə başlayanda daha çox tüstü müşahidə edilirdi. Mütəxəssislər hesab edirlər ki, lavanın gəlməyə başlaması ilə tüstü də kəsilə və havanın çirklənməsi dayana bilər.

Amma meteoroloqlar da İslandiyadan başlayan yeni bir kül buludu dalğasının Britaniyaya doğru yayılmaqda olduğunu bildirirlər. Buna görə də «British Airways» yaxın məsafələrə olan bütün uçuşları yenidən dayandırıb. London aeroportu bağlıdır.

Aprelin 19-da Avropa Birliyi ölkələri Nəqliyyat nazirlərinin video-konfransında Avropa hava məkanında bir həftəyə yaxın dayandırılmış təyyarə uçuşlarının qismən dayandırılması barədə qərar qəbul ediblər. Həmin qərara əsasən aprelin 20-də Parisin iki əsas aeroportu açılaraq beynəlxalq uçuşların dörddə-
Reyslər tədricən bərpa olunur
üçünün həyata keçirilməsinə başlanıb.

«Air France» şirkəti də ayrıca məlumat yayaraq bildirib ki, Parisdən uzaq məsafələrə təyyarə reysləri normal vəziyyətə qaytarılır.

Almaniyanın «Lufthansa» şirkəti aprelin 20-i 200 uçuşu olacağını, tədricən bərpa olunan reyslərin sayını artıracağını elan edib. Almaniya hökuməti həm də əlavə edib ki, kül buludunun təyyarələrin mühərriklərinə bir təsirinin olub-olmaması hər uçuşdan sonra yoxlanacaq.

Cənubi və cənub-şərqi Avropa ölkələrində isə aeroportların fəaliyyəti normal məcrada davam edir.

Qadağaların qismən aradan qaldırılması hava yolları şirkətlərinin birləşdikləri ictimai qurumların təzyiqlərindən sonra mümkün oldu. Hava yolları şirkətləri boş dayandıqları hər gündə 250 milyon dollara yaxın pul itirdiklərini deyiblər.

Həmçinin oxu: VULKANIN HAVA NƏQLİYYATINA OLAN TƏHLÜKƏSİ NƏDİR