Müxalifətin puça çıxan 3 cəhdi

Tbilisidə seçkilər, 30 may 2010

Mayın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkiləri 2007-ci ilin payızından başlanan dövrün başa çatdığını göstərdi. Həmin dövrdə Gürcüstan müxalifəti kollektiv şəkildə qərara gəlmişdi ki, əgər Mixail Saakaşvili rejimini seçkilər yolu ilə devirmək mümkün deyilsə, onda narazılıqları səfərbər etməklə buna nail olmaq lazımdır. Qısaca desək, 2003-cü ilin noyabrında Saakaşvilini hakimiyyətə gətirən «Qızılgül» inqilabını yenidən təkrarlamaq.

İlya Dövlət Universitetinin siyasi elmlər professoru Qia Nodia hesab edir ki, bunun üçün müxalifət indiyə kimi 3 dəfə cəhd edib.

HADİSƏLƏRİN KULMİNASİYA NÖQTƏSİ

Birinci cəhd 2007-ci ilin noyabrında olub. Saakaşvilinin istefasını tələb edən nümayişçilərin dağıdılması hadisələrin kulminasiya nöqtəsi olmuşdu. Müxalifətin daha çox cəmləşdiyi İmedi televiziyasına hücum olub, daha sonra televiziya bağlanmışdı. Bu hadisələr hökuməti bərk qorxutmuşdu. Hətta prezident erkən seçkilərin keçirilməsi üçün bir il əvvəl istefa vermiş, seçkilərdə yenidən qələbə qazanmışdı.

İKİNCİ CƏHD – ACLIQ AKSİYASI

İkinci cəhd 2008-ci ilin yazında olub. Müxalifət seçkiləri nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq aclıq aksiyasına başladı və hesab edirdi ki, bu dramatik addım insanları oyada biləcək. Ancaq hökumət dəqiq müəyyənləşdirmişdi ki, heç kim siyasi ideallarına görə ölümə
Gürcü müxalifətinin aksiyası, 26 may 2009
getməyəcək.

YENİ FÜRSƏT – RUSİYA-GÜRCÜSTAN MÜHARİBƏSİ


2008-ci il Rusiya ilə müharibə - Gürcüstan müxalifəti üçün 3-cü cəhd oldu. İnqilabçılar hesab edirdi ki, Qərbin Saakaşvili ilə bağlı illüziyaları puça çıxıb və prezidentin getməsinə mane olmayacaq. Ona görə də lazım olan iş - bir qədər təzyiqi artırmaqdır. Lakin Saakaşvili və komandası bu hadisəni də təmkinlə qarşıladı. Müxalifət isə başladığı yerə qayıtdı.

Ötən ayın sonunda keçirilən bələdiyyə seçkiləri və Tbilisi merliyi uğrunda mübarizə xüsusi olaraq inqilabçıları normal seçki siyasətinə cəlb etmək məqsədi daşıyırdı. Plan gözlənildiyi kimi uğurlu oldu: insanlar inqilabın əhəmiyyətinə inamı, müxalifət isə kursunu itirdi.

İNQİLAB SİNDROMUNA QARŞI PEYVƏND

Bir çoxları Gürcüstanda ötən 3 ili daimi inqilab sindromuna qarşı peyvənd kimi qiymətləndirir. Digər tərəfdən xalqda aclıq aksiyalarına qarşı immunitet formalaşıb, artıq heç kim bu yalanlara inanmır. Ötən il aydın oldu ki, uzun müddətli aclıq aksiyası ilə rejimi devirmək mümkünsüzdür.

Bəs bu proses nə qədər davam edəcək? İlya Dövlət Universitetinin professoru Qia Nodia hesab edir ki, hələ bilinmir. Məlum olan budur ki, Saakaşvili hökuməti son illər ilk dəfə olaraq bu gün rahat nəfəs ala bilər.

Qia Nodia
Gürcüstanda iki ildən sonra parlament seçkiləri keçiriləcək, hələ ki, radikal müxalifət depresiyayadadır, ölkə isə iqtisadi böhrandan çıxmaqdadır.

Növbəti 2 ildə Gürcüstanın daxili siyasətində hansı məsələlər üstünlük təşkil edəcək? Qia Nodiaya görə ən mühüm və vacib olan məsələ hakimiyyətin ötürülməsinə hazırlıq olacaq.

BƏLƏDİYYƏ SEÇKİSİ NƏYİ GÖSTƏRDİ?

Müstəqilliyini əldə etdiyi 20 il ərzində Gürcüstanda bir dəfə də olsun hökumət konstitusiya yolu ilə ötürülməyib. Bir çoxları Saakaşvilinin hakimiyyətdən gedəcəyi dövrü, hadisələrin necə cərəyan edəcəyini maraqla izləyəcək.

Mixail Saakaşvilinin ikinci müddətə prezidentliyi 3 ildən sonra 2013-cü ildə başa çatacaq və o dəfələrlə konstitusiya məhdudiyyətinə hörmətlə yanaşacağını bəyan edib. Ancaq prezidentin həm daxili, həm də xarici düşmənləri hadisələrin ən pis formada baş verəcəyinə ümid edirlər.

Gələcəyi qabaqcadan görmək mümkün deyil, ancaq reallıq odur ki, mayın 30-da keçirilən və hakim partiyanın qələbə çaldığı bələdiyyə seçkilərindən sonra xalq müxalifəti bir müddət də olsa, unudacaq.