«Ermənistanın bəyanatı zəifliyi göstərir»

Müdafiə naziri Səfər Əbiyev

«Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar zəifliyin göstəricisidir». Bunu müdafiə naziri Səfər Əbiyev deyib. Nazir Rusiya və Ermənistan arasında imzalanmış hərbi yardım haqqında sənədin müharibə başlanacağı təqdirdə Rusiyanın Ermənistana yardım edəcəyi demək olduğu barədə Ermənistan tərəfdən səsləndirilən bəyanatların siyasi və psixoloji xarakter daşıdığını bildirib.

Azərbaycan və Türkiyə arasında Rusiya-Ermənistan müqaviləsi tipli müqavilənin imzalanması perspektivinə toxunan S.Əbiyev Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana son səfəri zamanı iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin hərbi yardımı da nəzərdə tutduğunu bəyan edib.

Qəbələ RLS-in istifadə müddətinin uzadılması barədə sualı cavablandıran nazir RLS-in icarə müddətinin 2012-ci ildə bitəcəyini, buna görə də indidən bu barədə danışmağın hələlik tez olduğunu bildirib. /APA/