İldə 80 min oxucu...

Nino Xaradze

85 yaşlı təqaüdçü Anatoli Qeçadze Mərkəzi Tbilisi Kitabxanasının ən sadiq istifadəçisidir.

«Daha çox siyasi və iqtisadi məsələlərlə və müasir Gürcüstanın vəziyyəti ilə maraqlanıram. Ona görə də gürcü, eyni zamanda rus qəzetlərini oxuyuram».

Mərkəzi Tbilisi kitabxanası digər 60 kitabxana ilə yanaşı bələdiyyə tabeçiliyindədir. Şəhərin sosial və mədəni xidmət idarəsinin təhsil və mədəniyyət şöbəsinin baş mütəxəssisi Nino Suladze paytaxtın 10 böyük kitabxanasının təmir olunduğunu və kompüterlə təchiz edildiyini bildirir. Meriyanın bu xidmətinin araşdırmasına görə, sovet dövründə fəaliyyət göstərən kitabxanaların bir hissəsi öz funksiyasını itirib, ancaq meriya onları bağlamağa tələsmir.

KİTABXANA TƏKCƏ OXUMAQ ÜÇÜN DEYİL...


«Cari ildə kitabxanaların büdcəsi 1 milyon 700 min lari olub. Bu məbləğ təxminən 400 işçiyə əmək haqqı ödənilməsi, kiçik təmir işlərinin aparılması, kitab və dövri nəşrlərin – qəzet və jurnalların alınmasını nəzərdə tutur».

Gürcüstan parlamentinin milli kitabxanasının kitabxana resursları şöbəsinin direktoru Levan Tektakişvili deyir ki, bu gün ənənəvi funksiyaları ilə yanaşı kitabxanalar oxucuların digər tələblərini ödəməli olur.

«20-ci əsrin texnoloji inkişafı müasir kitabxanaların yalnız kitab və nəşrlərin deyil, həm də informasiyanın saxlandığı yer olduğunu müəyyən edib».

Buna görə də dövlət kitabxanaları neçə ildir kitab və nəşrləri rəqəmsal formata keçirir. Elektron kitabların bir hissəsi internet vasitəsilə oxucuların ixtiyarına verilib. Ancaq bəzi hallarda müasir müəlliflər yeni nəşrlərin internetdə yerləşdirilməsinə etiraz edir, yalnız bu və ya digər kitabın kitabxana şəbəkəsində açıq yayılmasına razılıq verirlər.

MÜƏLLİF HAQLARI PROBLEMİ


«Pələng dərisi geyinmiş pəhləvan» rəqəmsal formata keçirilib. Gürcü klassik ədəbiyyatı 20-ci əsrin ortalarına qədər elektronlaşdırılıb. İşi davam etmək istəyirik, ancaq müəllif hüquqları problemləri ilə üzləşirik».

Dövlət kitabxanasının arxivində 3 milyondan artıq kitab var, onların 80 faizi rus dilli ədəbiyyatdır. Kitabxana rəsmisi Levan Taktakişvili deyir ki, kitabxana tezliklə yeni çağırışla qarşılaşacaq. Rus dil ilə müqayisədə ingilis dilini daha yaxşı bilən oxucular yaranacaq.

«Yeni oxucu yeni nəslin təmsilçi olacaq və biz həmin nəslin tələblərini nəzərə almalıyıq. Bu nəsil qəzet oxumağa tənbəllik edir, onlar rus dilli deyillər. Ancaq rus kitablarına da diqqət göstərmək lazımdır, bu kitabların oxucuları sıxışdırılmamalı, onların da marağı nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, 50-dən çox yaşı olan oxucular ingilis dilini öyrənə bilmir. Ümumiyyətlə isə bu gün kitabxanalar çətin vəziyyətdədirlər».

KİTABXANA – İSTİRAHƏT YERİ


Mərkəzi Tbilisi Kitabxanasının direktoru Çiala Kalmaxelizde kitabxanaların gələcəyini belə görür: kitabxana yalnız kitab və qəzetlərin oxunduğu yer deyil, həm də istirahət edə biləcəyi bir yer olmalıdır.

«Əvvəllər olduğu kimi kitabxanaların standart olmasını istəmirəm. Məsələn, valideynlər məşğul ola, uşaqlarını isə uşaq bölməsində qoya bilərlər. Bizim uşaq bölməsinə girən uşaqlar ordan çıxmaq istəmirlər. Yaradıcılıq bölməsində də uşaqlara nəzarət edilir. Prinsipcə, hazırda bu baş verir, ancaq mən daha artığını istəyirəm».

Regionlarda isə vəziyyət kəskin fərqlənir. Bu da onunla əlaqədardır ki, kitabxanalar bələdiyyələrin tabeçiliyindədir və yerli büdcələrdən subsidiya almaq hesabına fəaliyyət göstərirlər. Maliyyə çatışmazlığına görə kitab fondu artırılmır, bina təmir edilmir. Hətta kitabların saxlanması üçün şərait uyğun olmadığından kitablar korlanır.

AYRILAN VƏSAİT AZDIR


2000-ci ilə qədər kitab almaq üçün kitabxanalara maliyyə verilməsi dayandırılmışdı. 2003-cü ildən kitab və nəşrlərin alınması üçün ayrılan vəsait artırılsa da, yenə də kifayət etmir. Məsələn, dövlət kitabxanasına jurnal və qəzetlərin alınması üçün büdcədən 50 min lari ayrılıb. Kitabxana nümayəndələrinin fikrincə, bu məbləğ azlıq edir.

Hər il Gürcüstan kitabxanalarına 80 mindən çox oxucu gedir. Təkcə dövlət kitabxanasının 46 min qeydiyyatda olan oxucusu var. Hər il bu say əsasən tələbələrin hesabına 15 min artır.

Tələbə Tamta Çkadua kitabxanaya iki səbəbdən gedir.

«Universitetin tələb etdiyi əlavə ədəbiyyatdan istifadə etmək və İnternetə görə gedirəm. Bura xoşuma gəlir, üstəlik internet də pulsuzdur».

Universitet kitabxanaları kitab fondunun genişləndirilməsi üçün müxtəlif yollara əl atırlar. Məsələn, müəlliflərə təqdimatlarını keçirmək üçün yer təqdim edirlər, əvəzində kitablarını hədiyyə alırlar. Bir sıra beynəlxalq təşkilatlar və partnyor universitetlərin də hədiyyəsi kitab olur.