ABŞ Dövlət Departamentinin 7 noyabr parlament seçkiləri ilə bağlı noyabrın 8-də açıqladığı tənqidinə Azərbaycan dərhal cavab verdi. Xarici İşlər Nazirliyi bir gün sonra yaydığı bəyanatda Dövlət Departamentinin mövqeyindən məyusluğunu bildirib. Departamentin rəsmisi Filip Krouli demişdi ki, Azərbaycanda seçkilər demokratik standartlara uyğun keçirilməyib və seçki saxtakarlığına görə cavabdeh olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır.
DAHA PROQRESSİV SEÇKİ?
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə noyabrın 10-da jurnalistlərə deyib ki, Azərbaycanda keçirilən parlament seçkisinə ABŞ Dövlət Departamentinin verdiyi qiymətə təəccüblənir və təəssüflənirlər. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ona görə təəccüblənir və təəssüflənir ki, Dövlət Departamentinin açıqlamasında müəyyən subyektiv mülahizələrə yol verilib.
Azərbaycan hakimiyyəti xüsusən Dövlət Departamentinin «seçkinin beynəlxalq normalara uyğun keçirilməməsi» mülahizəsindən təəssüflənib.
Dövlət Departamenti öz mövqeyində ATƏT-in Müşahidə Missiyasının rəyinə əsaslandığını bildirir, Əli Həsənov isə ATƏT, Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq müşahidə missiyalarının seçkiyə müsbət rəy verdiyini və onların məntəqələrin təxminən 10 faizində müəyyən nöqsanlar qeydə aldıqlarını deyir və bunu təbii hal sayır. Azər SarıyevO deyir, hökumət hesab edir ki, bu seçki əvvəlki seçkilərlə müqayisədə daha proqressiv şəraitdə keçirilib.
POZUNTULAR NECƏ ARAŞDIRILACAQ?
Dövlət Departamentinin bəyanatındakı «pozuntulara yol vermiş rəsmilərin cəzalandırılması» məsələsinə gəlincə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev deyir ki, ABŞ dövləti dedi, demədi, onsuz da pozuntuya yol vermiş məsul şəxslər cəzalandırılacaq:
“Əvvəlki seçkilərdə də pozuntuya yol vermiş adamlar cəzalandı, elə məntəqə oldu ki, bütün komissiya buraxıldı, işdən çıxarılan icra başçısı oldu”.
“Bəs sosial internet şəbəkələrində seçki pozuntuları ilə bağlı görüntülər necə, araşdırılacaqmı?” sualının cavabında Azər Sarıyev dedi ki, yalnız bu video-görüntülər MSK-ya təqdim edildiyi təqdirdə araşdırılacaq və günahı olan cəzalandırılacaq.
HAKİMİYYƏTİN MÜSTƏQİL DAVRANIŞI
Azərbaycan beynəlxalq təşkilatların tənqidinə adekvatmı cavab verir? Sərt reaksiyalar ölkənin beynəlxalq imicinə təsir edə və gələcəkdə Azərbaycanın beynəlxalq əməkdaşlığına hansısa problemlər yarada bilərmi?
Politoloq Şahin Abbasov hökumətin Dövlət Departamentinin mövqeyinə sərt münasibət göstərməsini adekvat cavab saymır. Onun fikrincə, beynəlxalq təşkilatların rəyi obyektivliyi əks etdirib. O hesab edir ki, Azərbaycan hakimiyyətinin beynəlxalq rəyə əhəmiyyət verməməsi özünü müstəqil davranış yiyəsi kimi göstərmək istəməsindən irəli gəlir. Amma o əlavə edir ki, Qərbin demokratiyadan başqa da prioritetlərinin də olması hakimiyyətin «müstəqil davranışını» hələ uzun müddət stimullaşdıracaq.
Siyasi şərhçi Zəfər Quliyev isə hökumətin seçki məsələsini öz daxili işi hesab etdiyini və buna görə də tənqidlərə belə dözümsüz yanaşdığı qənaətindədir:
“Bu cür vəziyyətin yaranmasına da əslində Qərb özü günahkardır. İndiyə kimi keçirilən seçkilərdə baş verənlərə göz yummaqla, öz praqmatik maraqlarını güdməklə bu vəziyyəti yaradıblar”.
Zəfər Quliyev deyir ki, dünyada demokratiya böhranı yaşanır və Azərbaycan hökuməti də bu böhrandan yetərincə faydalanır, amma bu arxayınçılığın ömrü uzun çəkməyə də bilər:
“Daxildə sosial narazılıq artır. Bunu görməmək mümkün deyil. Azərbaycanın beynəlxalq rəylə razılaşmaması isə xaricdə narazılığı artırır. Uyğun bir geosiyasi vəziyyət yarandan bu narazılıq Azərbaycan hakimiyyətinə ciddi problem yarada bilər”.
“DİŞSİZ VƏ MÖVQESİZ” RƏY
Siyasi şəhrçi Mübariz Əhmədoğlu isə beynəlxalq təşkilatların seçkiyə verdiyi rəyi «dişsiz və mövqesiz» sayır:
“Dəqiq məqsəd yoxdur. De ki, seçki ya pis keçirilib, ya yaxşı. Seçkini müqayisə etmək üçün mənbələr var da. De, ya əvvəlki seçkilərdən yaxşıdır, ya pis. Ortaya mövqe qoy”.
Ekspertin fikrincə, Qərbin siyasətinə təsir göstərə biləcək beynəlxalq missiyaların rəyi əvvəlki rəylərdən daha zəifdir və ona görə də Azərbaycanın beynəlxalq imicinə və əməkdaşlığına qətiyyən zərəri dəyməyəcək.
Noyabrın 10-da isə Avropa Birliyi də 7 noyabr seçkilərinin demokratiyanın inkişafında mühüm tərəqqi yaratmadığını bəyan edib. Avropa Birliyinin bəyanatında Azərbaycanın bu qurumun mühüm tərəfdaşı olduğu xatırlanır və deyilir ki, AB bundan sonra da Şərq Tərəfdaşlığı çərçivəsində siyasi islahatların yerinə yetirilməsinə dəstək verməyə hazırdır.
MÖVZUYA ŞƏRHİNİZİ BURA YAZIN
DAHA PROQRESSİV SEÇKİ?
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə noyabrın 10-da jurnalistlərə deyib ki, Azərbaycanda keçirilən parlament seçkisinə ABŞ Dövlət Departamentinin verdiyi qiymətə təəccüblənir və təəssüflənirlər. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ona görə təəccüblənir və təəssüflənir ki, Dövlət Departamentinin açıqlamasında müəyyən subyektiv mülahizələrə yol verilib.
Azərbaycan hakimiyyəti xüsusən Dövlət Departamentinin «seçkinin beynəlxalq normalara uyğun keçirilməməsi» mülahizəsindən təəssüflənib.
Dövlət Departamenti öz mövqeyində ATƏT-in Müşahidə Missiyasının rəyinə əsaslandığını bildirir, Əli Həsənov isə ATƏT, Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq müşahidə missiyalarının seçkiyə müsbət rəy verdiyini və onların məntəqələrin təxminən 10 faizində müəyyən nöqsanlar qeydə aldıqlarını deyir və bunu təbii hal sayır.