Beynəlxalq Futbol Federasiyaları Assosiayasının (FİFA) prezidenti Z.Blatter gələn il rəhbərlik etdiyi qurumda korrupsiya ilə mübarizə aparacaq xüsusi Komitə yaratmağı təklif edir.
Onun təklifinə görə yeni qurumun yeddi, ya da doqquz üzvü ola bilər. Və onlar da təkcə idman rəsmiləri yox, siyasətçilər, maliyyəçilər, biznes və mədəniyyət sahəsinin adamları olmalıdır.
Z.Baltter bildirib ki, yeni anti-korrupsiya qurumunun 2011-ci ilin iyunundan fəaliyyətə başlaması nəzərdə başlamasını nəzərdə tutur.
2018 və 2022-ci ilin futbol üzrə Dünya Çempionatlarının keçiriləcəyi ölkələrlə bağlı qərarlarına görə FİFA korrupsiya ittihamları ilə üzləşib. Jurnalistlər və bəzi idman mütəxəssisləri Rusiyanın 2018-ci ilin, Qətərin isə 2022-ci ilin Dünya Çempionatını FİFA üzvlərinə rüşvət verməklə aldıqlarını iddia edirlər.
Z.Blatter hesab edir ki, yeni müstəqil komitə FİFA-ya ictimai etimadı bərpa edəcək.