PİKETDİ?
Bakının mərkəzində 30-40 nəfəri bir yerdə görmək indi çətin məsələdi. Müxalifətin piketlərinə "yox" deyildiyi bir vaxtda "Əli və Nino" mağazasının qarşısındakı qələbəliyi görənlərin də bəziləri "az aşım, ağrımaz başım" deyib yolunu dəyişirdi.
Əslində isə fevralın 12-də dükanın qarşısında “Ən yeni ədəbiyyat” seriyasından daha 4 kitabın təqdimatı krçirilirdi.
Bunlar Samir Sarının “X günü”, Kənan Hacının “Yağ kimi” romanları, Sevinc Çılğının “Alaçarpa”, Sevinc Pərvanənin “Qadağan saatları” poeziya kitablarıdır.
Seriyanı çap edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Mən bu kitabların arxasında öz vicdanımla durmuşam" dedi.
- “Ən yeni ədəbiyyat” seriyasına daxil olan əsərlər seçilən, ən yeni ədəbiyyatın standartlarına cavab verən əsərlərdir.
Fakt göz qabağındadır, bu layihə nə qədər yeni yazarların meydana çıxmasına, tanınmasına, kitablarının nəşrinə səbəb oldu.
Məsələn, Kənan Hacının romanı “Ən yeni ədəbiyyat” layihəsinin yaranmasından sonra ərsəyə gəldi.
Mən bir naşir olaraq bu yazarlara minnətdaram ki, bizə inandılar, öz əsərlərini nəşriyyata təqdim etdilər və mən də onları çap etdim...
"BİZ YOX, SİZ BİZƏ PUL VERMƏLİSİZ"
Seriyadan kitabı çıxan yazarlar da çıxış etdilər, seriyanın davamlı olmasını arzuladılar, naşirə "çox sağ ol" dedilər.
Havanın soyuq olmasına baxmayaraq, təqdimata gələnlər tələsik dağılışmadılar.
Gənc yazarlar həmişə olduğu kimi yenə də Aqil Abbasın başına yığışmışdılar. Aydın Xan isə şəkil çəkməkdə məşhur fotoqraf Şahinlə əməlli-başlı yarışa girmişdi...
Tədbirin lap sonunda Əvəz Zeynallı da öz başının dəstəsiylə gəlib çıxdı.
O da gileyləndi ki, "biz gənc yazarları bu qədər təbliğ edirik, kitablarını reklam edirik, hələ üstəlik kitablarına da pul veririlk. Siz bizə pul verməlisiz ey".
Bunu deməyinə baxmayaraq, özünə və dostlarına xeyli təzə kitab aldı...
"Ən yeni ədəbiyyat" seriyasından çap edilən kitabların sayı artıq 12-yə çatıb.