Prokurorluqda korrupsiya ilə mübarizə işçilərinin sayı 100 nəfər oldu

Korrupsiya ilə Mübarizə İdarəsinin yerləşdiyi binanın qarşısı, mart 2009

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi əməkdaşlarının sayını 40 nəfərdən 100 nəfərə qaldırıb. Həmçinin bu idarənin işçilərinin maaşları artırılacaq.

Bu barədə prezident martın 11-də fərman imzalayıb.

Fərmanla bu idarənin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabineti zəruri tədbirlər görməlidir.

Baş prokuror yanından Korrupsiya ilə Mübarizə İdarəsi 2004-cü ilin martında yaradılıb. Bu İdarə rüşvət və korrupsiya cinayətləri üzər şikayətlərlə həbs edib məhkəməyə göndərdiyi adamların sayının ildə-ilə artıdğını bildirir.

İdarənin rəsmi saytında yerləşdirilən sonuncu məlumata görə 2009-cu ildə 103 cinayət işi məhkəməyə göndərilib. Həmin işlər üzər 176 nəfər məsuliyyətə cəlb edilib.

Amma hüquq-müdafiə fəalları Baş Prokuror yanından Korrupsiya ilə Mübarizə İdarəsinin o qədər də təsirli qurum olmadığını bildirirlər.