«Uşaqları müəllim qaldırıb soruşub ki, sən niyə pul gətirməmisən? Mən böyük uşağıma tapşırmışdım ki, müəllim soruşsa, de «atam pul yığmaq olmaz» deyir. Müəllim də deyib ki, səni direktorun yanına, müdirin yanına aparacam. Pul verməyən uşaqları ayaq üstə durğuzmaq, bir dərs boyu onları ayaq üstə saxlamaq- bu kimi məsələlər var. Mən axırı bezdim və qərara gəldim ki, bu məsələyə bir son qoymaq lazımdır».
Hərbi ekspert Cəsur Sümərinlinin dediyinə görə, övladlarının təhsil aldığı Sabunçu qəsəbəsinin 215 saylı orta məktəbində valideynlərdən mütəmadi olaraq bu və ya digər ad altında pul yığırlar. Sonuncu dəfə isə o, təmir adıyla 5-7 manat yığılmasına etiraz olaraq pul verməkdən imtina edib. Səbəb isə prezidentin «2011 - 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» olub:
«ONDA PREZİDENTİN BU SƏRƏNCAMI NƏDİR?»
«5-7 manat dildə az görünə bilər. Amma bunu min nəfərə vuranda müəyyən məbləğ alınır. Bu vəsait necə xərclənir, üstəlik təmir adı ilə yığılırsa, onda prezidentin bu sərəncamı nədir? Onda prezidentin sərəncamı necə icra olunacaq? Bu sənədlə tanış olandan sonra və orda görəndən sonra ki, məhz sənədə Sabunçu qəsəbəsindəki 215 saylı orta məktəb də prioritet istiqamətlərdən biri kimi düşüb –özümü təhqir olunmuş hesab etdim».
Mayın 4-də prezident İlham Əliyevin təsdiqlədiyi dövlət proqramına əsasən 2011-2012-ci illər ərzində 215 saylı orta məktəbin bərpa-gücləndirilməsi, əsaslı təmiri və məktəbdə 15 əlavə sinif otağının tikintisi nəzərdə tutulub. «Cavabdeh qurumlar da rayon icra hakimiyyəti və Təhsil Nazirliyidir».
TƏMİR ADI İLƏ ALDADILAN VALİDEYNLƏR
Cəsur Sümərinli hesab edir ki, valideynlər təmir adı altında kütləvi şəkildə aldadılır. Digər tərəfdən uşaqların pul məsələsinə qarışdırılması da ciddi qanun pozuntusudur. Bu səbəbdə ndə valideyn prezidentə və Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edib.
Ancaq adı çəkilən məktəbin tədris hissə müdiri Cavad Səfərov deyilənləri təkzib edir, valideynlərdən kütləvi şəkildə pul yığılmasının doğru olmadığını deyir. Cavad Səfərovun deməsinə görə, onlar imkanı olan valideynlərdən təmirə yardım etmələrini xahiş ediblər, məcburiyyətdən söhbət gedə bilməz:
«Müraciət bu formada olur ki, valideyn iclasında deyirik: «hörmətli valideynlər, uşaq evdə sizindir, burda mənimdir. 9 ay uşaq oturub burda, bunun arasında qaçıb-qova, divara təpik vuranı, şüşə sındıranı da var». Düzdür belə olmayanı da var. Bu bina da çox qədimidir, 1890-cı ilin binasıdır. Torpaqdan suvaqdır. Uşaqdan biri möhkəm dəyəndə, o hissə lay qopub, düşür. Biz də valideyn iclasında xahiş etmişik ki, kimin imkanı varsa, köməkləşib bu sinfi düzəldək. O vaxta qədər köməkləşək ki, məktəb dövlət proqramına düşsün. Ola bilsin bu ilin axırına, gələn ilin əvvəlinə yeni korpus tikiləcək, təmir olunacaq. Onacan bizə kömək edin».
BİR DƏNƏ MİSMAR VURULSA, PULLAR VALİDEYNƏ QAYTARILACAQ
Məktəb rəsmisi hesab edir ki, məktəbin təmir-tikintisi üçün smetanın dövlət qurumlarından keçməsi bir neçə ay çəkə bilər. Cavad Səfərov inanmır ki, məktəbin təmir-tikintisi 2012-ci ilin mart ayından tez başlanacaq. Ancaq vəd verir ki:
«Bunu ildırım sürəti ilə eləsələr, bütün yay ərzində, sentyabrın 15-dək bu məktəbə bir dənə mismar vurulsa, mən o pulun hamısını valideynlərə qaytaracam».
Təhsil Nazirliyinin mətbuat katibi Bayram Hüseynzadə isə deyir ki, valideynlərdən heç vaxt zorla pul yığılmır, valideyn özü verir:
1 MİLYON, 500 000 DƏYƏRİ OLAN SARAY KİMİ MƏKTƏBLƏR
«Biz dəyəri bir milyon, 5 yüz min olan məktəblər tikirik, saray kimi. Heç Avropada elə məktəb yoxdur. Bu gün Azərbaycan dövlətinin valideynin verdiyi 3-5, lap 100 manata ehtiyacı yoxdur, dövlətin kifayət qədər imkanı var. Ancaq dünyanın bütün ölkələrində var iş adamları, biznesmenlər, məktəblərə kömək edirlər. Hansı məktəbə belə kömək göstərmək istəyən varsa, biz buna icazə verməyə hazırıq. Belədə isə uşaqlardan ucdan tutma pul yığmırlar».
Nazirlik rəsmisinin sözlərinə görə, artıq məktəblilərdən pul yığılması məsələsi yoxdur. Son bir il ərzində 1-2 belə hal olub. Bayram Hüseynzadə deyir ki, əgər belə şikayətlər varsa, nazirliyin qaynar xəttinə müraciət edilməlidir, şikayət çox qısa zaman ərzində araşdırılacaq.
Təhsil haqqında qanunun «Valideynlərin və digər qanuni nümayəndələrin hüquq və vəzifələri» maddəsinin 34.1.4 bəndində qeyd olunur ki, valideyn təhsil müəssisəsi ilə əməkdaşlıq edə, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürə və könüllü yardımlar edə bilər. Yəni şagirdlərdən məcburən pul yığılması qanuna zidd hərəkətdir.

Bunlara da nəzər salın