"Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsində ikinci tur - oxucuların səsverməsi başa çatdı.
Mayın 3-dən 18-cən "Oxu zalı"nda davam edən səsvermədə 1311 nəfər iştirak edib - onlar müsabiqənin qalibi olmağa ən layiqli saydıqları hekayəyə dəstək veriblər.
Bundan əvvəl - ilk turda Münsiflər Heyətnin üzvləri müəlliflərin adlarını bilmədən təxminən 150 hekayədən 13-ünü seçmişdilər.
Əvvəlcədən elan etdiyimiz qaydalar əsasında ikinci tur səsverməsi nəticəsində 4 səbət formalaşıb.
Nəticələr belədir:
1 səbət
Musa Əfəndi "Onları yol apardı" - 38,7 faiz
Babək Göyüş "Yaşıl qurbağanın çəhrayı daşı" - 31,6 faiz
Mətləb Muxtarov ''Araba Sahipinden Satılıktır'' - 6,3 faiz
2-ci səbət
Novruz Novruzov "Ritorik" - 5 faiz
Şəhriyar Hacızadə "Vəfalı Xoruzu Cehiz Apardı" - 4 faiz
Jalə İsmayıl "Ülviyyə Heydərova" - 3,4 faiz
3-cü səbət
Rasət Pirisoyu "Xa..." - 2,5 faiz
Azad Qaradərəli "Gilənar albalı olurmu?" - 2,4
Tosif Həsənli "Divarlar" - 1,7 faiz
4-cü səbət
Anar Fərəcov "Yerevan azərbaycanlısının memuarları" 1,2 faiz
Rəhim Əliyev "Zabitəli kişinin arvadı" və
Şahbaz Xuduoğlu "Doktor Cəmil" - hər ikisi 1,1 faiz
Mənsurə Qaçayqızı "Qərar" - 1 faiz
Əvvəlcədən elan etdiyimiz qaydalara görə, münsiflər heyətinin 4 üzvündən hər birinə təklif olunacaq ki, oxucuların səsverməsi nəticələrinə əsasən hekayələrə əlavə ballar versinlər.
Onlar hər səbətdən yalnız bir hekayəyə əlavə bal verə bilərlər.
Birinci səbətdən olan hekayəyə 7 bal, ikinci səbətdən olan hekayəyə 5 bal, üçüncü səbətdən olan hekayəyə 3 bal, dördüncü səbətdən olan hekayəyə isə 1 bal verilə bilər.
Münsiflər heyətinin üzvü hansısa səbətdəki hekayələri bəyənməyib əlavə bal verməyə də bilər.
Yaxud o, ümumiyyətlə səsvermənin nəticələrini nəzərə almaya, əlavə ballar verməkdən imtina edə bilər.
Əlavə ballar onluqdakı hekayələrə müsabiqənin ilkin mərhələsində verilən əsas ballarla toplanacaq və qaliblər müəyyən ediləcək.
Əgər yekun nəticədə hansısa hekayələrin balları eyni olarsa, onda oxucuların səsverməsində daha çox dəstək qazanana üstünlük veriləcək.
Hər bir iştirakçının aldığı əsas və əlavə ballar müsabiqə başa çatandan sonra "Oxu zalı"nda elan ediləcək.
Azərbaycanın müstəqillik qazanmasının 20-ci ildönümünə həsr edilən, baş mükafatının notebook, 2-ci və 3-cü mükafatlarının netbooklar olduğu müsabiqənin mükafatlandırma mərasimi iyunun əvvəllərinə planlaşdırılıb. Bu barədə tezliklə ətraflı məlimat verəcəyik.
Münsiflər Heyətinin üzvlərinin kimliyi də həmin mərasimdə açıqlanacaq.
Müsabiqəyə təqdim edilən 50 seçmə əsərin ayrıca kitab halında çapı nəzərdə tutulur.
Həmin kitab mükafatlandırma mərasiminə dəvət edilənlərə, hekayəsi kitabda çap edilənlərə və ümumiyyətlə kitabı əldə etmək istəyənlərə pulsuz paylanacaq.