Tunisin keçmiş prezidentinə 16 il həbs cəzası kəsildi

Zine El Abidin Ben Ali

Tunis məhkəməsi devrilmiş prezident Zein əl-Abidin Ben Əlini və kürəkənini korrupsiyada günahkar sayaraq hərəsinə 16 il həbs cəzası kəsib.

Ben Əlinin qızı Nəsrinə isə 8 il həbs cəzası kəsilib və o, 50 milyon dinar ödəməlidir.

Keçmiş Tunis prezidenti Zine el Abidin Ben Ali ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edir.

Ben Əli hazırda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanındadır.

O bu ilin yanvarında kütləvi etirazlardan sonra ölkəni tərk etməli olub.

HƏMÇİNİN OXU:

«Təyyarəyə min, axmaq...»
«Azərbaycanda qurulmuş rejim Misir və Tunisdəki rejimə bənzəyir»
«Tunis və Misirdə baş verənlərin Azərbaycanda təkrarlanması üçün əsas yoxdur»