Noyabrın sonunda boş yerlərə bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda ana müxalifət partiyaları təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə qatılmaq fikrində deyil.
Bu barədə partiya yetkililəri AzadlıqRadiosuna məlumat veriblər.
Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, partiya olaraq seçkiyə qatılmasalar da, ayrı-ayrı üzvlərin seçkidə iştirak edib-etməməsinə də müdaxilə etmirlər:
«Həmişə olduğu kimi bu seçkidə də qabaqcadan saxtakarlıq elementləri görünməkdədir. Buna görə də hələ ki, müsavatçılardan bu seçkidə iştirak etmək arzusunda olanlar yoxdur».
NƏTİCƏ DƏYİŞMƏYƏCƏK
Onun cəbhəçi həmkarı Fuad Qəhrəmanlı da eyni fikirləri paylaşır. AXCP sədrinin müavini bildirir ki, bundan əvvəl prezident, parlament və bələdiyyə seçkilərində total saxtakarlıq müşahidə etdikləri üçün təkrar seçkilərə qatılmaqda maraqsızdırlar:
«Ölkədə seçki situasiyası əvvəlki dövrlə müqayisədə dəyişmədiyindən, əksinə, daha da pisləşdiyindən, bu seçki də kütləvi surətdə saxtalaşdırılacaq… Bu seçkilərdə iştirak edib hər hansı nəticəyə nail olmaq belə heç nəyi dəyişmir. Çünki bələdiyyələr qanunvericilikdə onlara verilmiş funksiyaları yerinə yetirmək iqtidarında deyillər.
Onlar icra hakimiyyətlərinin tapşırıqlarını icra edən qurum kimi fəaliyyət göstərirlər».
«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri, seçki eksperti Hafiz Həsənov isə deyir ki, seçkinin ədalətsiz keçirilməsi ehtimallarına baxmayaraq, alternativ siyasi qüvvələrin iştirakı bir neçə məsələdə faydalıdır:
SEÇKİ NİYƏ HİSS OLUNMUR?
«Bu seçkilərin necə keçirildiyini sübut etmək üçün belə bir iştirak vacibdir. Məsələn, mən istərdim ki, müxalif siyasi qüvvələrdən bu seçkilərdə iştirak edən olsun ki, sabah seçkinin neçə keçirilməsi haqda ortaya nəticələr qoya bilsinlər. Bunu da təbii ki, seçkilərə girməklə müəyyən etmək olar. Alternativ siyasi qüvvələrin iştirak etmədiyi seçkilərdə baş verən pozuntuları isbatlayacaq sənədlər də ortaya çıxmır».
Hafiz Həsənovun fikrincə, ölkədə seçki ab-havası hiss olunmur. Ekspert bunun səbəblərindən danışır:
«Birincisi, ədalətli seçkilərin keçirilməsinə inamın olmaması, ikincisi, bu seçkilərin təkrar seçkilər olması, üçüncüsü isə seçki praktikasında və seçki qanunvericiliyində nəinki irəliyə doğru qanunların olmaması, hətta geriləmələrin olması, mənfiyə doğru dəyişikliklərin edilməsidir.
Əslində Azərbaycanda bələdiyyə seçkilərinin özü bir qədər sönük keçirilir, o ki qala, bələdiyyələrə təkrar seçkilər...».
BƏLƏDİYYƏ - DESENTRALİZASİYA ÜÇÜN ƏSAS
Təkrar bələdiyyə seçkisinə 10 namizədlə qatılan hakimiyyətyönlü Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc düşünür ki, müxalifət partiyalarının 30 noyabr seçkilərinə qatılmaması əyalətlərdə resurslarının olmaması ilə əlaqədardır:
«Bələdiyyə seçkiləri sırf lokal ərazilər üzrə olduğundan, partiyalar isə ölkəni bütün miqyasda əhatə edə bilmədiklərindən, əyalətlərə gedib çıxa bilmədiklərindən bu seçkilərdə bir sıra hallarda iştirak edə bilmirlər. Bunu da siyasi amillərlə izah etməyə çalışırlar. Bu məsələni hakimiyyət əleyhinə bir prosesə çevirmədən hamı çalışmalıdır ki, desentralizasiya üçün başlıca məna daşıyan bələdiyyə qurumları formalaşsın».
Zahid Oruc hesab edir ki, bələdiyyə seçkilərinin hədsiz siyasiləşməsi yanlışdır, «çünki bu seçki hakimiyyət məsələsini həll etmir».
1365 NAMİZƏD
Noyabrın 30-da keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə qatılan şəxslərdən 1365-nin namizədliyi qeydə alınıb.
Namizədlərin 591-nin ali, 9-nun natamam ali, 532-nin orta, 236-nın orta ixtisas təhsili var.
Qeydə alınan 1365 namizəddən 702-si hakim Yeni Azərbaycan Partiyasının üzvləridir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 20, Ana Vətən Partiyasından 10, Böyük Quruluş Partiyasından 10, Sosial Rifah Partiyasından 8, Ümid Partiyasından 4, Vətəndaş Həmrəyliyi Partiyasından 3, Demokratik İslahatlar Partiyasından 1, Vətəndaş Birliyi Partiyasından isə 1 namizəd var.
Namizədliyi qeydə alınanlardan 274-ü qadındır. Seçki 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
Ölkədə sonuncu bələdiyyə seçkiləri 2009-cu ildə keçirilib.