YAP Astara rayon təşkilatı üçün şəhərin mərkəzində inzibati bina tikilir. Bina iki mərtəbəli olsa da, 3-4 mərtəbəli binaları kölgədə qoyur. Binanın yarısı mərkəzi küçəyə, yarısı isə «Qəhrəmanlar bağı»na düşür. Binanı yerləşdirmək üçün 2-ci Dünya müharibəsinin qəhrəmanı olan iki nəfərin heykəlini ərazidən köçürməli olublar.
Məlumatlara görə, ölkə prezidenti noyabrda binanın açılışına gələcək. Bu baxımdan da binanın tamamlanması üçün yağışlı havada da iş gedir.
«YAP-DAN BAŞQA PARTİYANIN QƏRARGAHI YOXDUR»
YAP Astara rayon təşkilatı üçün yeni inzibati binanın inşasını digər siyasi partiyaların yerli təşkilatlarının nümayəndələri birmənalı qarşılamır. Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü Elçin İbrahimli diqqəti ona çəkir ki, hazırda YAP rayon təşkilatının ikimərtəbəli binada yerləşməsinə baxmayaraq, ona yeni qərargah tikirlər. Halbuki rayonda YAP-dan başqa siyasi partiyaların heç birisinin qərargahı yoxdur:
«Astara rayonunda siyasi partiyalarla bağlı ayrı-seçkilik bu iqtidar hakimiyyətə gələndən başlayıb. Biz qərargah icarəyə götürəndən sonra polislər vasitəsilə əlimizdən alıblar. Hazırda YAP-ın qərargahı ola-ola indi onlar üçün yeni qərargah tikirlər. Dövlət hesabına yox, ianə hesabına qərargah tikirlər. YAP-ın qərargahında iki nəfər işçidən başqa heç kim olmur. Bizə deyirlər ki, YAP-dan başqa siyasi partiya olmamalıdır. Məcbur olub öz tədbirlərimizi çayxanalarda və evlərdə keçiririk».
İLDƏ 800 NİKAH
Müsavat Partiyası rayon təşkilatının sədri Asən Həşimli də qərargahlarının olmadığını deyir:
«Biz Müsavat Partiyası olaraq 4 dəfə ofis icarəyə götürdük. Lakin biz hakimiyyət tərəfindən həmin ofislərdən çıxarılmışıq. Normal fəaliyyət üçün heç bir şərait yoxdur. Yaxşı olardı ki, yerli hakimiyyət müxalif siyasi partiyaların da normal fəaliyyəti üçün ən azından onların öz hesablarına götürdükləri ofislərindən çıxarılmasına təzyiq göstərməsin».
Asən Həşimlinin dediyinə görə, Astarada yaşayış sahəsinin inşası sıfır həddinə düşüb. Evləri olmadığı üçün gənclər ailə qura bilmirlər.
İnşaatçı mütəxəssis Vidadi Mirzəyev də deyir ki, Astara rayonunda 100 min nəfərə yaxın əhali yaşasa da, 2010-cu ildə 800 nikah bağlanıb. Belə məlum olur ki, hər min nəfərə 100 nəfərdən də az nikah düşür. Ancaq həmin ildə bir kvadrat da olsun yaşayış sahəsi inşa edilməyib. Onun əvəzində iki dəfə Heydər Əliyev muzeyi, indi də 6 nəfər işçisi olan YAP rayon təşkilatı üçün nəhəng bina tikilir. Bunların əvəzində 32 mənzilli, 5 mərtəbəli yaşayış binası inşa etmək olardı.
«MİLLƏT ÖZÜNDƏN ÇIXARIR MÜXALİFƏT PARTİYASINI»
YAP Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev isə deyilənlərlə razılaşmır:
«Yeni Azərbaycan Partiyası üçün ikimərtəbəli bina tikirlər. Bizdə müxalifət partiyaları yoxdur. Bizdə hamısı iqtidaryönümlü partiyadır. Millət özündən çıxarır müxalifət partiyasını. Müxalifət partiyası Ədliyyə Nazirliyinin qeydiyyatından keçibsə, qanuni partiyadır. Mən onları müxalifət saymıram. Hamısı iqtidaryönümlü partiyadır. Vəsaitləri varsa, tiksinlər. Biz öz vəsaitlərimizlə tikirik».
Onun dediyinə görə, YAP üçün tikilən yeni binada digər partiyaların yerli təşkilatlarına da yer vermək olar. Bütün partiyalar bir yerdə oturar, görülən işlər də göz qabağında olar.
Vaqif Ağayev bildirir ki, rayonda 6900 nəfər YAP üzvü var. Bu qədər üzvü olan təşkilatın ofisi də normal olmalıdır. O, əlavə edir ki, digər siyasi partiyaların rayon təşkilatlarının icarəyə götürdükləri yerlər dövlətin yox, şəxsi adamlarındır. Onları da sahibkarlar otaqlardan çıxarır.
KÜTLƏLƏRİN YAP-A YÖNƏLDİLMƏSİ
Hüquqşünas Elman Hüseynov deyir ki, bütün hallarda yerli icra orqanları qanunlara əməl etməlidirlər:
««Siyasi partiyalar haqqında» qanuna görə, yerli icra orqanları bütün partiyalar üçün, hansı məqsədə xidmət etməsindən asılı olmayaraq şərait yaratmalıdırlar. Əfsuslar olsun ki, onlar bu partiyalarda rəqiblərini gördükləri üçün kütlələrin yalnız YAP-a tərəf gəlməsini çalışırlar. Hansısa partiya gedib müqavilə əsasında kirayə götürürsə, fəaliyyət göstərirsə, onları çıxarırlar. Bunlar hamısı yolverilməzdir. Biz istəyirik ki, bizim cəmiyyət demokratik prinsiplərə uyğun hərəkət eləsin, camaat öz hüquqlarını bilsin. Bu partiyaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamalıdır».
YAP Astara rayon təşkilatı üçün tikilən binanın smeta dəyərini öyrənmək mümkün olmadı.