-
Azərbaycan prezidenti son bir həftədə müəllimlər, həkimlər və incəsənət xadimlərinin maaşlarını 10 faiz artırdı. Bu təbəqənin əməkhaqqı kifayət qədər nəzərə çarpan formada aşağı olduğundan artırılan 10 faiz də kiçik rəqəmlərlə ifadə edilir.
Məsələn, müəllimlərin maaşlarına əlavə edilən 10 faiz aya 21 manat 30 qəpikdir. Çünki Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına görə Azərbaycanda bir müəllimin aylıq orta maaşı 213 manatdır.
Amma məsələn, prezidentin maaşı 10 faiz artırılsaydı, dövlət başçısı dekabrdan başlayaraq ayda indikindən 1500 manat çox alacaqdı. ona görə ki, onun aylıq maaşı 15 000 manatdır.
Dövlət başçısının əməkhaqlarının artırılması sərəncamlarında 10 faizlik artım nadir faiz rəqəmlərindədir.
Təkcə bu il prezident pensiyaların 40 faiz, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşlarının 30 faiz artırılması barədə sərəncam imzalayıb.
Müxalifət mediasında bunu prezidentin daha çox hüquq-mühafizə orqanlarına güvənməsi və onların dəstəyini özünə təmin etməsi kimi izah edirlər. Amma hökumət təmsilçiləri əslində müəllim və həkimlərin sayının çox olduğunu, buna görə onlara artırılan 10 faiz əməkhaqqının başqa təbəqələrə verilən 30 faiz artımdan büdcəni daha çox yükə saldığını deyirlər.
Bu cür arqumentlər çəkişməsini uzatmadan rəsmi məlumatlar əsasında dövlət büdcəsindən kimlərin nə qədər maaş almaları barədə rəqəmlərə keçək.
Beləliklə, Azərbaycanda ali dövlət vəzifələrini tutanların büdcədən aldıqların aylıq əməkhaqlarının miqdarı aşağıdakı kimidir:
AZƏRBAYCANDA YAXŞI MAAŞ BİR PREZİDENTİNDİR, BİR DƏ UÇUŞ RƏHBƏRİNİN...
Dövlət Statistika Komitəsi 2010-cu ilə dair Azərbaycanda müxtəlif sahələrdə çalışanların orta aylıq əməkhaqları haqqında da rəsmi məlumat verib.
Bu məlumata görə hava yolları sahəsində orta maaşlar ən yaxşı hesab edilə bilər. Rəsmi statistikada qeyd edilir ki, Azərbaycanda hava yolları xidmətində çalışan uçuş rəhbərləri aya orta hesabla 3987 manat maaş alırlar.
Ən aşağı əməkhaqqı isə xəstələrə xidmət edən kiçik tibb bacılarındadır. Onların orta aylıq əməkhaqları 100 manat civarındadır.
Ölkədə müxtəlif sahələr üzrə orta aylıq əməkhaqları barədə Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatını tam şəkildə burada görə bilərsiniz.
Həmin siyahını qısa ixtisarla təqdim edirik:

Vəzifənin adı | Maaşı (Manatla) | Qeydlər |
Prezident | 15000 | |
Baş nazir | 2406 | İcra hakimiyyəti orqanlarının yüksək səviyyəli məmurları maaşlarına aya vergi tutulmayan 25 faiz də təmsilçilik haqqı alırlar. Bu cədvəldə həmin faiz də nəzərə alınıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. |
Baş nazirin birinci müavini | 2125 | |
Baş nazirin müavini | 2031 | |
Nazir, Dövlət Komitə və Fondlarının sədrləri | 1875 | |
Nazir, Dövlət Komitə və Fondu sədrinin birinci müavini | 1250 | |
Nazir, Dövlət Komitə və Fondlarının sədrinin müavini | 1094 | |
Bakı şəhər İcra Hakimiyyətinin Başçısı | 1875 | |
Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçıları | 1094 | |
Şəhər və rayonlar üzrə: | ||
Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları | 937 | |
Əhalisi 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları | 750 | |
Milli Məclisin sədri | 2925 | Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. |
Milli Məclis sədrinin birinci müavini | 2632 | |
Milli Məclis sədrinin müavini | 2486 | |
Milli Məclisin komitə və komissiya sədri | 2340 | |
Milli Məclisin komissiya sədrinin müavini | 2194 | |
Milli Məclisin deputatı | 2048 | |
Polis | 400 | Sıravi və rütbəli zabitlərin maaşları arasında orta aylıq polis maaşı. Polis əməkdaşları başqa kiçik məbləğli ödənişlər də alırlar. |
Ali Məhkəmənin sədri | 1785 | Hakimlər və prokurorlar əməkhaqlarına bir sıra başqa müavinətlər də alırlar. |
Konstitusiya Məhkəməsinin sədri | 1785 | |
Ali Məhkəmənin hakimləri | 1428 | |
Konstitusiya Məhkəməsinin hakimləri | 1517 | |
Rayon məhkəmələrinin başçıları | 1071 | |
Baş Prokuror | 1785 | |
Baş Prokurorun birinci müavini | 1425 | |
Baş Prokurorun müavini | 1350 | |
Prokuror-kriminalist | 960 | |
İdarənin, şöbənin prokuroru | 965 |
AZƏRBAYCANDA YAXŞI MAAŞ BİR PREZİDENTİNDİR, BİR DƏ UÇUŞ RƏHBƏRİNİN...
Dövlət Statistika Komitəsi 2010-cu ilə dair Azərbaycanda müxtəlif sahələrdə çalışanların orta aylıq əməkhaqları haqqında da rəsmi məlumat verib.
Bu məlumata görə hava yolları sahəsində orta maaşlar ən yaxşı hesab edilə bilər. Rəsmi statistikada qeyd edilir ki, Azərbaycanda hava yolları xidmətində çalışan uçuş rəhbərləri aya orta hesabla 3987 manat maaş alırlar.
Ən aşağı əməkhaqqı isə xəstələrə xidmət edən kiçik tibb bacılarındadır. Onların orta aylıq əməkhaqları 100 manat civarındadır.
Ölkədə müxtəlif sahələr üzrə orta aylıq əməkhaqları barədə Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatını tam şəkildə burada görə bilərsiniz.
Həmin siyahını qısa ixtisarla təqdim edirik:
Xam neft və təbii qaz hasilatı | |
Qazma üzrə mühəndislər (qazma işi) | 2344,5 |
Qazma sahəsinin ustaları (xidmətin, sexin) | 1109,3 |
Neft, qaz, kondensat hasilatı üzrə ustalar | 796,5 |
Yardımçı fəhlələr | 709,3 |
Metal filizlərinin hasilatı | |
Müdirlər | 1785,0 |
Baş mühəndislər | 450,0 |
Mədən fəhlələri | 289,9 |
Ət məhsullarının istehsalı (emal) | |
Müdirlər | 400,0 |
Qəssablar | 105,0 |
Ət doğrayan fəhlələr | 113,0 |
Heyvanların dərisini soyanlar | 130,4 |
Poliqrafiya fəaliyyəti | |
Redaktorlar | 163,9 |
Jurnalistlər | 166,7 |
Çapçı, mətbəə işçiləri | 201,3 |
Elektrik avadanlıqlarının istehsalı | |
Elektronika üzrə konstruktorlar | 247,6 |
Mühəndis-elektronçular | 457,5 |
Yığıcılar | 385,1 |
Tikinti | |
Bənnalar | 377,1 |
Qaynaqçılar | 521,5 |
Suvaqçılar | 380,8 |
Buldozer və ekskavator maşinistləri | 292,6 |
Qaldırıcı kran maşinistləri | 374,9 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | |
Anbardarlar | 285,2 |
Satıcılar | 251,4 |
Mühasiblər | 319,1 |
Xəzinədarlar | 230,1 |
Dəmir yolu | |
Bilet satanlar | 252,5 |
Bələdçilər | 136,0 |
Dəmir yolu vaqonlarına yük vuranlar | 353,3 |
Elektrovoz maşinistləri | 306,4 |
Su nəqliyyatının fəaliyyəti | |
Gəminin baş mühəndisləri (komandiri) | 725,1 |
Dənizçilər, matroslar | 338,8 |
Gəminin bort mexanikləri | 526,1 |
Gəmi tərsanəsində işləyən fəhlələr | 468,7 |
Hava nəqliyyatının fəaliyyəti | |
Hava gəmisinin komandirləri | 3487,3 |
Uçuş rəhbərləri | 3987,6 |
Hava hərəkəti mərkəzi idarəsinin dispetçerləri | 1166,7 |
Aviasiya mexanikləri, texnikləri | 458,4 |
Rabitə | |
Rəhbərlər (Müdirlər) | 745,5 |
Baş mühəndislər | 589,5 |
Rabitə operatorları | 584,6 |
Poçtalyonlar | 153,7 |
Telefonçular | 256,1 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | |
Müdirlər (şöbə müdirləri) | 559,0 |
Müavinlər (şöbə müdirlərinin müavinləri) | 460,0 |
İcra hakimiyyəti məmurları - məsləhətçi | 265,1 |
Stenoqrafçılar | 231,8 |
Məktəbə qədər təhsil | |
Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri | 297,3 |
Orta təhsil | |
Müəllimlər | 245,1 |
Ali təhsil | |
Müəllimlər | 342,9 |
Səhiyyə və sosial xidmətlər | |
cərrahlar | 271,3 |
stomatoloqlar | 139,8 |
təxirəsalınmaz və təcili tibbi yardım həkimləri | 381,7 |
mama-ginekoloqlar | 170,7 |
Diş həkimləri | 132,9 |
Orta tibbi heyət | 134,5 |
Xəstələrə xidmət edən kiçik tibb bacıları | 107,4 |