2011-ci ildə Milli Kitab Mükafatını “Yad dildə” romanına görə yazıçı Pərviz Cəbrayıl qazandı.
Nəticələr birmənalı qarşılanmadı.
Münsiflər Heyətinin 3 üzvü Pərviz Cəbrayılın qalib elan edilməsinə etiraz olaraq MKM-i tərk etdiyini bildirdi. Amma əksər münsiflər nəticənin ədalətli olduğunu bildirdilər.
Gənc yazar Musa Əfəndi isə Azadlıq Radiosunun Oxu zalı ədəbiyyat portalının keçirdiyi «Ədəbi Azadlıq-2011» hekayə müsabiqəsinin qalibi oldu.
Onun “Onları yol apardı” hekayəsi həm münsiflərdən, həm də “Oxu zalı”nda oxucular arasında keçirilən on-line səsvermədə ən çox dəstək qazandı.
Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara "Heydər Əliyev Mükafatı" verildi.
Mükafatın məbləği 50 min manatdır.
Mükafat üçün digər xalq yazıçısı Mövlud Süleymanlının namizədliyi irəli sürülsə də, prezident mükafatı Anara vermək qərarına gəlib.
Dünya miqyasında, 2011-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı isveçli şair Tomas Tranströmerə təqdim edildi.
Ərəb inqilablarının "atası" adlandırılan misirli yazıçı Alaa əl-Asvani isə ABŞ-ın "Foreign policy" jurnalının tərtib etdiyi "2011-ci ilin 100 mütəfəkkiri" siyahısında birinci oldu.
İxtisasca həkim olan əl-Asvani öz əsərlərində ərəb cəmiyyətlərində radikal dəyişikliklərə ehtiyac olması ideyasını ilk olaraq inkişaf etdirən yazıçılardandır.
Bundan başqa o, "Kifayət" adlı siyasi hərəkatın əsasını qoyub. Təhrir meydanında səsləndirilən tələbləri ilk olaraq açıq şəkildə ortaya qoyan, korrupsiyaya, sülalə hakimiyyətinə "yetər" deyərək əsl demokratik hakimiyyət formalaşdırmağa çağıran məhz "Kifayət" olub.
Virtual məkanda daha bir mədəniyyət portalı – kulis.az yaradıldı və qısa zamanda populyarlaşdı.
Bu il Azərbaycan ədəbiyyatına böyük itkilər üz verdi.
Yazıçı Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlandı, 4 gün sonra isə xəstəxanada vəfat etdi.
İstintaq onun qatilini hələ tapmayıb. Yazıçı xəstəxanada Azadlıq Radiosuna verdiyi
müsahibədə radikal islamçılardan şübhələndiyini və bunun ona hücumdan bir qədər əvvəl “Oxu zalı”nda və kulis.az-da dərc etdirdiyi “İran və qloballaşma qaçılmazlığı” yazısı ilə bağlı ola biləcəyini dilə gətirmişdi.
Siyasi, ictimai baxışlarından asılı olmayaraq Azərbaycan yazarları qətli pislədi.
Avropa Parlamenti də ayrıca qətnamə qəbul edərək qətli pislədi və Azərbaycan hökumətini istintaqı şəffaf aparmağa, qətllə bağlı ictimaiyyəti məlumatlandırmağa çağırdı.
Ölümündən bir müddət əvvəl isə Rafiq Tağı “Oxu zalı”nda böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında tənqidi məqalə də yazaraq onu öz xalqını aşağılamaqda ittiham etmişdi.
Yazı ədəbi ictimaiyyətdə rezonans doğursa da, birmənalı qarşılanmamışdı.
“Oxu zalı”nda çap edilən və müzakirələrə səbəb olan yazılardan biri də Rövşən Qəmbərovun “Kamal Abdullanı xorla tərifləmək” məqaləsi oldu.
Bu il xalq yazıçısı Balaş Azəroğlu və yazıçı Eyvaz Əlləzoğlu da dünyasını dəyişdi.
Şair Ramiz Rövşən, yazıçı Əkrəm Əylisli və kinodramaturq Rüstəm İbrahimbəyovun da qatıldığı Ziyalılar Forumu aktivləşərək hakimiyyəti islahatlara çağırdı. Onlar ən çox ölkədəki korrupsiyanı hədəf aldılar.
Azərbaycan Yazıçılar Birliyinin 2011-ci ildə keçirilməsi nəzərdə tutulan qurultayı isə növbəti ilə qaldı.
AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu gecikməni əsasən birliyin binasındakı təmir işləri ilə əlaqələndirdi.
Amma bəzi yazarlar iddia edirlər ki, bu, birlik rəhbərlərinin islahat aparmamaq və vəzifədə daha çox qalmaq üçün vaxtı uzatmaq bəhanəsidir.
Nizamnaməyə görə qurultay 2009-cu ildə olmalı idi.
İlboyu Azərbaycan yazarlarının bir sıra romanları çap edildi.
“Qanun” nəşriyyatı “Ən yeni ədəbiyyat” seriyasında Samir Sarının “İks günü”, Kənan Hacının “Yağ kimi” romanları, Sevinc Çılğının “Alaçarpa”, Sevinc Pərvanənin “Qadağan saatları” şeir kitablarının təqdimatını keçirdi.
Daha sonra Seymur Baycanın “Quqark”, Şərif Ağayarın “Harami”, Qan Turalınnın “Mustafa", Əli Əkbərin “Sarı gəlin” romanları, Qismətin “Meqapolis hüznləri” şeir kitabı və s. əsərlər çap edildi.
“Oxu zalı” yeni kitab seriyası təsis etdi. “Oxu zalının seçimi” seriyasından ilk olaraq Feyziyyənin “Mesaj” şeir kitabı işıq üzü gördü.
Ilin sonunda bir sıra dünya ölkələrində ən çox satılan kitabların reytinqi açıqlandı.
Türkiyədə il ərzində ən çox – Əlif Şəfəqin “İsgəndər” romanı satıldı. Kitab satışa çıxarılmamışdan qabaq 165 min nüsxəsi sifariş edilmişdi.
Rusiyanın ən nüfuzlu kitab mükafatlarından olan "Русский Букер" son 10 ilin nəsr əsərləri arasından ən yaxşısını seçib.
Bu, Aleksandr Çudakovun "Ложится мгла на старые ступени" romanıdır.
Tanınmış yapon yazıçısı Haruki Murakaminin “1Q84” romanı isə Amerikanın “Washington post” qəzetinin seçiminə görə 2011-ci ilin ən yaxşı kitabı oldu.
(Şərhlər bölümündə oxucularımız da bu siyahıya əlavələrini edə bilərlər)