Yarmarkada ən çox - İsgəndər Palanın romanı satıldı

İsgəndər Pala

Noyabrın 21-dən dekabrın 21-dək Türkiyədə keçirilmiş İdefix Kitab Yarmarkasında 660 min ədəd kitab satılıb.

Bunların arasında ən çox satılan - tanınmış türk yazarı İsgəndər Palanın “Od” romanı olub.

“Od” – 13-cü əsrdə yaşamış böyük türk şairi, sufi ozanı Yunus İmrə haqqında romandır.

Kitabın 2 200-dən çox nüsxəsi satılıb.

Məşhur italyan yazarı Umberto Ekonun “Praqa məzarlığı” romanı “Ən çox satılan kitablar” sihayısında ikinci (1794 ədəd), Xose Saramaqonun “Qabil”i isə üçüncü (1546) olub.

Kitab yarmarkasını 3 milyon insan ziyarət edib.