Azərbaycanın və Şərqin ilk operanın premyerasından 103 il keçir. O zaman operanı bəyənməyənlərin arqumenti nə idi? ("İz" proqramını dinlə)
“Leyli və Məcnun qatarı 1908-ci il yanvarın 12-dən bəri gələcəyə əbədi yol gedir. Bu qatarın sərnişini olan hər şanslı insanın öyünməyə haqqı var”
Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına “Leyli və Məcnun” operasının böyük yubileyi münasibətilə çıxmış “Leyli və Məcnun—100 il səhnədə” kitabının müəllifi yazıçı-jurnalist Mustafa Çəmənli söyləyib.
Onun sözlərinə görə, ilk öncə Üzeyir bəyə bəslədiyi sonsuz məhəbbət və ehtiramdan başlayan bu araşdırmanı apararkən arxiv materiallarına nüfuz etdikcə xatirəsi önündə baş əyilməli neçə-neçə insanın olduğunu görüb: “ İlk milli operamızın yaranması ilə bağlı adları tarixə düşən, o gecənin həyəcanını, sevincini, ağrısını yaşayan çox dəyərli, işıqlı insanlarımız vardır və onlar hər an anılmağa, yad edilməyə layiqdir”.
AzadlıqRadiosunun “İz” proqramı hər il yanvarın 12-də “Leyli və Məcnun” dastanını bir daha dinləyicilərinə xatırlatmağı özünə borc bilir. Zatən, əvvəllər də söylədiyimiz kimi, hər ilimiz “Leyli-Məcnun” la başlayır...
Operanın 100 illiyi ilə bağlı hazırlamış olduğumuz proqramı bir daha dinləmək imkanınız var. (DİNLƏ)
Verilişdə opera barədə həm Mustafa Çəmənli, həm uzun illər Opera Teatrında göstərilən “Leyli və Məcnun” tamaşasının rejissoru olan Hafiz Quliyev, həm Məcnun—Mənsum İbrahimov, həm də Leyli—Səkinə İsmayılova danışır.
Opera ilk tamaşadan sonra yerli mətbuatda hansı əks-səda doğurmuşdu?
Onu bəyənməyənlərin arqumenti nə idi?
İlk muğam operası zamanın sınağından necə çıxdı?
Verilişi dinləsəniz 100 illik şərəfli bir yola nəzər salacaq və operanın gəlib-keçmiş Leyli-Məcnunlarını da xatırlayacaqsınız.
Beləliklə, “İz” proqramı hamınızı “Leyli-Məcnun” günündə ilk milli operamızı yaradanları bir daha anmağa, onun sehrli musiqisini bir daha dinləməyə çağırır.
“İz” qarşınızdadır. Mirzə Cəlil demiş, hərdən geri boylanıb ötənləri yad etməyin nə eybi var?