Baş nazir korrupsiya ittihamıyla 2 il həbs cəzası aldı

Rumıniyanın keçmiş Baş naziri Adrian Nastase.


Rumıniyanın keçmiş Baş naziri Adrian Nastase yanvarın 30-da korrupsiya ittihamları ilə 2 il həbs cəzası alıb. Bundan başqa, keçmiş Baş nazir daha iki il müddətinə ictimai vəzifə tuta bilməyəcək.

Rumıniya Ali Məhkəməsi keçmiş Baş naziri 2004-cü ildə seçki kampaniyasına dövlət büdcəsindən 1.2 milyon avro xərcləməkdə günahkar bilib.

Nastase 2000-2004-cü illərdə Baş nazir olub. Ancaq məhkəmənin qərarına görə, apelyasiya şikayətina baxılana qədər azadlıqda qala biləcək.

Avropa Birliyi dəfələrlə Rumıniynı korrupsiya iddialarını ciddi araşdırmadığı üçün tənqid eləmişdi.