23 yaşlı ekstremist Mohammed Mera öldürülüb [Yenilənib]

Mohammed Merah

Fransada 7 adamın qətlində şübhəli bilinən Mohammed Mera öldürülüb.

Polis onun blokadaya alındığı evə hücum edib.

Bu barədə Fransa təhlükəsizlik xidmətinin adının çəkilməsini istəməyən nümayəndəsi məlumat verib.

İlkin məlumata görə, hücum zamanı 3 polis yaralanıb.

Onlardan biri ağır vəziyyətdədir.

Əslən Əlcəzairdən olan 23 yaşlı Mera Fransa vətəndaşıdır.

Onun Əfqanıstan və Pakistandakı düşərgələrdə təlim keçdiyi bildirilir.

Mohammed Mera 3 Fransa əsgəri, 3 yəhudi uşaq və 1 ravvinin qətlində şübhəli bilinir.


**
Fransada yəhudi məktəbində 4 nəfəri, bundan sonra isə 3 fransız əsgərini öldürməkdə ittiham olunan Muhammed Merahın sağ ələ keçirilməsi üçün əməliyyat iki gündür davam edir.

23 yaşı Əlcəzair əsilli Muhammed Merahın Tuluza (Toulouse) şəhərindəki evi mühasirəyə alınıb. Əməliyyat yerli vaxtla gecə saat 3-də başlanıb.

Fransanın daxili işlər naziri Claude Gueant bildirib ki, Merah silahlıdır və yaşadığı evin zirzəmisində gizlənib. O, əməliyyatın ilk saatlarında üç polisi yaralayıb. Əvvəlcə Merahla polis arasında danışıqlar olub. Bundan sonra isə onunla əlaqə kəsilib. Daxili işlər naziri şübhəlinin sağ olmasından əmin olmadığını da bildirib.

Claude Gueant bildirib ki, onların məqsədi Muhammed Merahı sağ ələ keçirməkdir. Nazir deyib ki, dünən pəncərələrin polis tərəfindən partladılmasından sonra onunla əlaqə qurmamışıq. «Partlayışdan sonra iki güllə səsi eşitdik. Ancaq bunun nə olduğunu bilmirik».

Muhammed Merahın Əfqanıstanda təlim keçdiyi bildirilir.