Kabardin-Balkarın prezident ofisinin rəhbəri korrupsiya ittihamı ilə tutulub

Arxiv foto: Kabardin-Balkarda məscid.


Rusiyanın Kabardin-Balkar respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, bir neçə yüksək səviyyəli rəsmi və yerli iş adamı qadın korrupsiya ittihamı ilə tutulub.

İttihama görə rəsmilər öz səlahiyyətlərindən istifadə edərək iş adamı Madina Khatsukovanın dövlət sifarişlərini qazanmasına kömək ediblər. Onların aralarında həm də ailə qohumluğu olub.

Daxili İşlər Nazirliyi tutulanlar arasında Dövlət Əmlakı Nazirinin müavini Ruslan Zhamborov və Prezidentin İcra Aparatının rəhbəri Vladimir Zhamborov da var.
Tutulanların dəqiq sayı açıqlanmır.