-
İyunun 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edward Nalbandian Parisdə bir araya gəliblər. Yerli media onların bu gün görüşəcəyi xəbərini bir neçə gün öncə regionda səfərdə olmuş ABŞ-ın Dövlət katibi Hillary Clinton'dan almışdı. Hillary Clinton demişdi ki, tərəflərə münaqişənin həllinə dair yeni yanaşma təklif olunacaq.
ATƏŞKƏS POZUNTULARINDAN NARAHATLIQ
Görüş bitər-bitməz ATƏT-in Minsk Qrupu həmsədrləri – Robert Bradtke (ABŞ), Igor Popov (Rusiya) və Jacques Faure (Fransa) bəyanat yayıblar:
Bəyanatda daha sonra deyilir ki, görüş pozitiv, konstruktiv şəraitdə keçib. Növbəti addım kimi Minsk Qrupu həmsədrləri gələn həftələrdə regiona səfər edəcəklərini bildiriblər.
Nazirlərlə görüşdə Minsk Qrupunun həmsədrləri ilə yanaşı, ATƏT-in sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.
«QARABAĞ FAYDALI LAYİHƏDİR»
Bəs Paris danışıqları Qarabağ münaqişəsinin məcrasını dəyişə bilərmi?
Siyasi ekspert Zərdüşt Əlizadə bu mənada optimist deyil. Onun fikrincə, illər boyu cəbhədə atəşkəs pozulur, mətbuat «müharibənin bir addımlığındayıq» deyə yazır, amma sonra məlum olur ki, «böyük dövlətlər özünün regiondakı ağalığını sübut etmək istəyir»:
Zərdüşt Əlizadə hesab edir ki, «Qarabağ faydalı layihədir və hər kəs, hətta ABŞ da burdan faydalanmaq istəyir». Müsahibimiz deyir ki, indiyə ki, dünyanın bir çox şəhərlərində Qarabağ münaqişəsi müzakirə obyekti olub,
amma bu danışıqların sülh prosesinə heç bir faydası dəyməyib. Onun fikrincə, ABŞ-ın müdaxiləsi də vəziyyəti dəyişməz halda saxlayacaq.
YENİ YANAŞMA TƏSİRSİZ OLMAYACAQ
Amma deputat, politoloq Rasim Musabəyov fərqli düşünür. Onun fikrincə, Hillary Clinton’un «yeni yanaşma»dan danışması Qarabağ danışıqlarına təsirsiz ötüşməyəcək:
İyunun 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edward Nalbandian Parisdə bir araya gəliblər. Yerli media onların bu gün görüşəcəyi xəbərini bir neçə gün öncə regionda səfərdə olmuş ABŞ-ın Dövlət katibi Hillary Clinton'dan almışdı. Hillary Clinton demişdi ki, tərəflərə münaqişənin həllinə dair yeni yanaşma təklif olunacaq.
ATƏŞKƏS POZUNTULARINDAN NARAHATLIQ
Görüş bitər-bitməz ATƏT-in Minsk Qrupu həmsədrləri – Robert Bradtke (ABŞ), Igor Popov (Rusiya) və Jacques Faure (Fransa) bəyanat yayıblar:
«Həmsədrlər son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən dərin narahatlıq bildiriblər. 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə hörmət etməyin vacibliyini vurğulayıblar. Xarici işlər nazirləri münaqişənin dinc həllinə nail olmaq yönündə həmsədrlərlə işləmək əzmində olduqlarını, danışıqlar mühitini yaxşılaşdırmaq üçün inam-yaratmaq tədbirləri həyata keçirməyə hazırlıqlarını bildiriblər».
Bəyanatda daha sonra deyilir ki, görüş pozitiv, konstruktiv şəraitdə keçib. Növbəti addım kimi Minsk Qrupu həmsədrləri gələn həftələrdə regiona səfər edəcəklərini bildiriblər.
«QARABAĞ FAYDALI LAYİHƏDİR»
Bəs Paris danışıqları Qarabağ münaqişəsinin məcrasını dəyişə bilərmi?
Siyasi ekspert Zərdüşt Əlizadə bu mənada optimist deyil. Onun fikrincə, illər boyu cəbhədə atəşkəs pozulur, mətbuat «müharibənin bir addımlığındayıq» deyə yazır, amma sonra məlum olur ki, «böyük dövlətlər özünün regiondakı ağalığını sübut etmək istəyir»:
«Cəbhədə baş verənləri siyasi hadisələrin xəritəsinə qoyursan, görürsən ki, böyük dövlətlərin regiona nəzarət oyunudur, ya da Azərbaycanla Ermənistanın seçki kampaniyası. Qarabağ münaqişəsi Rusiyanın başladığı, indiyə kimi də idarə elədiyi prosesdir».
Zərdüşt Əlizadə hesab edir ki, «Qarabağ faydalı layihədir və hər kəs, hətta ABŞ da burdan faydalanmaq istəyir». Müsahibimiz deyir ki, indiyə ki, dünyanın bir çox şəhərlərində Qarabağ münaqişəsi müzakirə obyekti olub,
YENİ YANAŞMA TƏSİRSİZ OLMAYACAQ
Amma deputat, politoloq Rasim Musabəyov fərqli düşünür. Onun fikrincə, Hillary Clinton’un «yeni yanaşma»dan danışması Qarabağ danışıqlarına təsirsiz ötüşməyəcək:
«Parisdə bu görüşün müəyyən əhəmiyyəti var, amma hər hansı sensasiyalı bəyanat gözləmirəm. Çünki xarici işlər nazirləri təklifləri, ideyaları prezidentlərlə müzakirə etməlidirlər. Danışıqlar zəruri olsa, onda bu zərurəti prezidentlərin görüşünün hazırlanması barədə xəbərlərdən müəyyən edə biləcəyik».