Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatını şərh edərkən deyib ki, siyasi iradəni Ermənistan nümayiş etdirməlidir. Çünki Azərbaycan münaqişənin həlli ilə bağlı ortaya yetərincə siyasi iradə qoyub. Cəbhədə insidentlərin baş verməməsi, eləcə də münaqişənin həllində irəliləyişin əldə olunması üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır:
DİPLOMATİK RİTORİKA
Konfliktoloq Arif Yunus hesab edir ki, əslində həmsədr ölkələrin prezidentlərinin bu bəyanatları da əvvəlkilər kimi diplomatik ritorikadan başqa bir şey deyil. Hamı belə bəyanatlardan sonra hansısa nəticə gözləyir. Nəticə isə sülh müqaviləsi, yaxud konkret nəsə olmalıdır. Bu olmayanda isə həmsədr ölkələrin prezidentləri münaqişə tərəflərinin cəmiyyətlərinə və beynəlxalq ictimaiyyətə sadəcə görüşüb bəyanat vermədiklərini sübut edən nəsə deməlidirlər:
Arif Yunus deyir ki, nizamlama prosesində iştirak edən bütün tərəflər sülh danışıqlarının davam etməsini istəyirlər. Çünki bunun alternativi müharibədir. Müharibəni isə heç kim – nə Qərb ölkələri, nə Rusiya, nə də münaqişə tərəfləri istəmir.
Konfliktoloqun fikrincə, burada enerji resursları və böyük dövlətlərin digər maraqları var. Rusiya başa düşür ki, münaqişə həll olunsa, Cənubi Qafqazda heç bir nüfuzu qalmayacaq və buradan getməli olacaq. Azərbaycan və Ermənistan isə ayrı-ayrılıqda hesab edirlər ki, vaxt özlərinin xeyrinə işləyir. Beləliklə, heç kim müharibə istəmir, hər şey beləcə danışıqlar şəklində davam edir. Nəticə isə o qədər də vacib deyil, çünki hərənin marağı bu prosesdə bir cür təmin olunur.
HƏMSƏDR ÖLKƏLƏRİN PREZİDENTLƏRİNİN BİRGƏ BƏYANATI
Minsk qrupu həmsədr ölkələrinin prezidentləri Azərbaycan və Ermənistan liderlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətiyyətli addımlar atmağa çağırır.
İyunun 18-də ABŞ prezidenti Barack Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti François Hollande Böyük İyirmiliyin Meksikada Los Cabos-da keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat verib.
Bəyanatda deyilir:
TƏƏSSÜFLƏNİRİK Kİ...
Biz Ermənistan və Azərbaycan liderlərini 2012-ci ilin yanvarında Soçi bəyanatlarında göstərilən öhdəliklərini yerinə yetirməyə –Baza Prinsipləri üzrə razılaşmanı sürətləndirməyə çağırırıq. Siyasi iradəni sübut etmək üçün onlar danışıqlarda maksimalist mövqelərini kənara qoymalı, 1994-cü il atəşkəs müqaviləsinə hörmətlə yanaşmalı, gərginliyi artıran düşmən ritorikasından əl çəkməlidirlər. Biz liderləri Helsinki Yekun Aktının prinsiplərinə (gücdən istifadə etməmək yaxud güclə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüquqları), eləcə də 2009-cu il L’Aquila və 2010-cu il Muskoka bəyanatlarımızda göstərilən elementlərə əməl etməyə çağırırıq.
HƏRBİ GÜC MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK
İyunun 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edward Nalbandian Parisdə həmsədrlərin vasitəçiliyi ilə görüşüblər.
DAĞLIQ QARABAĞ DANIŞIQLARI DAHA AKTİV FAZAYA KEÇİR
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətini sədri Səməd Seyidov ilk növbədə görüşün Parisdə keçirilməsini və müzakirələrin mövcud danışıqlar prosesi ətrafında aparılmasının özünü müsbət hal kimi dəyərləndirir. Onun fikrincə, artıq həmsədrlərin hamısının bu işə aktiv yanaşmağa başladığı müşahidə edilir. Halbuki, bir müddət əvvələdək bu məsələdə yalnız Rusiyanın fəallıq göstərdiyi müşahidə edilirdi. Fransa və ABŞ isə bu baxımdan bir qədər kölgədə qalırdı:
Səməd Seyidov deyir ki, sonuncu Soçi görüşü zamanı iki prezidentin imza atdığı sənəddə tərəflər arasında ictimaiyyət nümayəndələrinin, cəmiyyəti təmsil edən insanların görüşlərinin keçirilməsi, əlaqələrin yaradılması Azərbaycan üçün çox vacib məsələ kimi qeyd olunub.
AZƏRBAYCANA KƏNARDAN GƏTİRİLƏN KONFLİKT
Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının Avropa Şurası və digər beynəlxalq təşkilatlarda görüşünü təşkil etməyə hazırdır. Komitə sədri düşünür ki, bu danışıqlar həmin anlamda heç bir aktivlik göstərmək fikrində olmayan Ermənistan tərəfinin də Azərbaycanla əlaqələri genişləndirməsinə şərait yaradacaq:
Səməd Seyidovun fikrincə, Azərbaycanın qərbyönümlü və demokratik istiqamətdə inkişafı ilə bağlı münaqişənin olması yalnız onun özü üçün yox, dünya ictimaiyyəti üçün də problem yaradır. Buna görə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri əmindir ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar daha aktiv və səmərəli şəkildə həyata keçiriləcək.
«Həmsədr dövlət başçılarının bəyanatında güc tətbiq edilməməsi barədə deyilənlərə gəlincə, artıq güc tətbiq edilib. Ermənistan güc tətbiq etmək yolu ilə Azərbaycan ərazilərini işğal edib. Cəbhədə gərginliyin yaranmasının da əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində olmasıdır. Münaqişənin nizamlanması üçün məhz Ermənistan Silahlı Qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. İşğalçı qüvvələr orada olmasa, bəyanatda deyilən insidentlər də olmayacaq və mexanizmlər də normal şəkildə tətbiq olunacaq».
DİPLOMATİK RİTORİKA
Konfliktoloq Arif Yunus hesab edir ki, əslində həmsədr ölkələrin prezidentlərinin bu bəyanatları da əvvəlkilər kimi diplomatik ritorikadan başqa bir şey deyil. Hamı belə bəyanatlardan sonra hansısa nəticə gözləyir. Nəticə isə sülh müqaviləsi, yaxud konkret nəsə olmalıdır. Bu olmayanda isə həmsədr ölkələrin prezidentləri münaqişə tərəflərinin cəmiyyətlərinə və beynəlxalq ictimaiyyətə sadəcə görüşüb bəyanat vermədiklərini sübut edən nəsə deməlidirlər:
«Bu, diplomatik bir ritorikadır. Uzun illər-son 18 il ərzində biz bunu eşitmişik və bundan sonra da uzun illər eşidəcəyik. Yəni ki, onlar narahatdırlar, tələb edirlər ki, hər iki dövlətin rəhbəri daha effektiv görüşlər keçirsinlər. Və hamı bu sülhü gözləyir. Çünki bu sülh hər iki xalqın xeyrinədir. Bax, bunu biz illər boyu eşitmişik və bundan sonra da eşidəcəyik».
Arif Yunus deyir ki, nizamlama prosesində iştirak edən bütün tərəflər sülh danışıqlarının davam etməsini istəyirlər. Çünki bunun alternativi müharibədir. Müharibəni isə heç kim – nə Qərb ölkələri, nə Rusiya, nə də münaqişə tərəfləri istəmir.
Konfliktoloqun fikrincə, burada enerji resursları və böyük dövlətlərin digər maraqları var. Rusiya başa düşür ki, münaqişə həll olunsa, Cənubi Qafqazda heç bir nüfuzu qalmayacaq və buradan getməli olacaq. Azərbaycan və Ermənistan isə ayrı-ayrılıqda hesab edirlər ki, vaxt özlərinin xeyrinə işləyir. Beləliklə, heç kim müharibə istəmir, hər şey beləcə danışıqlar şəklində davam edir. Nəticə isə o qədər də vacib deyil, çünki hərənin marağı bu prosesdə bir cür təmin olunur.
HƏMSƏDR ÖLKƏLƏRİN PREZİDENTLƏRİNİN BİRGƏ BƏYANATI
Minsk qrupu həmsədr ölkələrinin prezidentləri Azərbaycan və Ermənistan liderlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətiyyətli addımlar atmağa çağırır.
Bəyanatda deyilir:
TƏƏSSÜFLƏNİRİK Kİ...
«Bizim – ATƏT-in Minsk qrupu ölkələri prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi dəyişməz və qətidir. Münaqişə tərəfləri davamlı və dinc həllə nail olmaq üçün vacib qərarları bundan artıq yubatmamalıdırlar. Təəssüflənirik ki, Azərbaycan və Ermənistan prezidentləri 2011-ci ilin mayında bizim Dovildə (Deauville) bəyanatımızda göstərilən həlledici addımları atmadılar. Buna baxmayaraq indiyə qədər əldə olunmuş nailiyyət bitkin sülh çərçivəsi üzərində işə təkan verməlidir.
Biz Ermənistan və Azərbaycan liderlərini 2012-ci ilin yanvarında Soçi bəyanatlarında göstərilən öhdəliklərini yerinə yetirməyə –Baza Prinsipləri üzrə razılaşmanı sürətləndirməyə çağırırıq. Siyasi iradəni sübut etmək üçün onlar danışıqlarda maksimalist mövqelərini kənara qoymalı, 1994-cü il atəşkəs müqaviləsinə hörmətlə yanaşmalı, gərginliyi artıran düşmən ritorikasından əl çəkməlidirlər. Biz liderləri Helsinki Yekun Aktının prinsiplərinə (gücdən istifadə etməmək yaxud güclə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüquqları), eləcə də 2009-cu il L’Aquila və 2010-cu il Muskoka bəyanatlarımızda göstərilən elementlərə əməl etməyə çağırırıq.
HƏRBİ GÜC MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK
Hərbi güc münaqişəni həll etməyəcək, lakin regionda xalqların əzab və çətinliklərini daha da uzadacaq. Münaqişənin ancaq dinc və danışıqlar yoluyla həlli bütün regiona imkan verəcək ki, status-kvodan çıxıb təhlükəsiz və çiçəklənən gələcəyə addımlasınlar.
Ölkələrimiz tərəflərlə işi davam etdirəcək, biz onları Minsk qrupu həmsədrlərinin vasitəçi yardımından tam istifadə etməyə çağırırıq. Ancaq sülh tamamilə tərəflərin istəyindən – birtərəfli üstünlüyə deyil, qarşılıqlı anlaşmaya əsaslanan razılaşma əldə etmək istəyindən, sülhün bütün xalqlara və gələcək nəsillərə faydasını birgə görməsindən asılıdır».
Ölkələrimiz tərəflərlə işi davam etdirəcək, biz onları Minsk qrupu həmsədrlərinin vasitəçi yardımından tam istifadə etməyə çağırırıq. Ancaq sülh tamamilə tərəflərin istəyindən – birtərəfli üstünlüyə deyil, qarşılıqlı anlaşmaya əsaslanan razılaşma əldə etmək istəyindən, sülhün bütün xalqlara və gələcək nəsillərə faydasını birgə görməsindən asılıdır».
İyunun 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edward Nalbandian Parisdə həmsədrlərin vasitəçiliyi ilə görüşüblər.
DAĞLIQ QARABAĞ DANIŞIQLARI DAHA AKTİV FAZAYA KEÇİR
«Hesab edirəm ki, indi biz çox vacib-yəni hər üç həmsədrin prosesə daha aktiv müdaxilə etdikləri mərhələdəyik. Özü də nəzərə alsaq ki, bu müzakirələrdə indiyədək ortada olan - misal üçün, Soçidə və ondan əvvəl qəbul olunmuş sənədlər nəzərdən keçirilir, bunların inkişafı, bunların ətrafında olan söhbətlər yenə də gündəmə gəlir, bu müsbət məsələdir».
Səməd Seyidov deyir ki, sonuncu Soçi görüşü zamanı iki prezidentin imza atdığı sənəddə tərəflər arasında ictimaiyyət nümayəndələrinin, cəmiyyəti təmsil edən insanların görüşlərinin keçirilməsi, əlaqələrin yaradılması Azərbaycan üçün çox vacib məsələ kimi qeyd olunub.
AZƏRBAYCANA KƏNARDAN GƏTİRİLƏN KONFLİKT
Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının Avropa Şurası və digər beynəlxalq təşkilatlarda görüşünü təşkil etməyə hazırdır. Komitə sədri düşünür ki, bu danışıqlar həmin anlamda heç bir aktivlik göstərmək fikrində olmayan Ermənistan tərəfinin də Azərbaycanla əlaqələri genişləndirməsinə şərait yaradacaq:
«Ona görə də mən bu məsələləri müsbət qiymətləndirirəm və fikrimcə, ümumiyyətlə Dağlıq Qarabağ ətrafında olan danışıqlar daha aktiv fazaya keçəcək. Bu münaqişə, başqa konfliktlərin açarını, mahiyyətini təşkil edən bir konfliktdir. Separatizmlə bağlı mənfi təzadlar faktiki olaraq məhz Dağlıq Qarabağ konfliktindən başlayıb. Ona görə dünya, xüsusilə həmsədrlər də başa düşür ki, Azərbaycan öz rolu, mövqeyi, inkişafı və dünyadakı əlaqələri ilə artıq sübut etdi ki, bu konflikt onun ərazisinə kənardan gətirilib. Bu, Azərbaycanın inkişafının qarşısını almaq məqsədi ilə yaradılmış bir konfliktdir».