Keçmiş prezident 4 il azadlqıdan məhrum edildi

Arxiv foto: Nambaryn Enkhbayar 2005-ci ildə prezident seçkisində qələbəsini qeyd edir.


Monqolustan mediasının xəbərinə görə avqustun 3-də yerli məhkəmə keçmiş prezident Nambaryn Enkhbayar`ı korrupsiya ittihamlarında suçlu bilib və onu 4 il müddətinə azadlıqdan məhrum edib.

10 ilə yaxın prezident vəzifəsində çalışmış 54 yaşlı Nambaryn Enkhbayar 2009-cu ildə vəzifəsini itirib.

Keçmiş prezident bu ilin aprelində həbs edilmişdi. Onun həbsi dövlət televiziyası ilə canlı yayılıb. Məhkəmə prosesi də həmin televiziya ilə yayılıb. Hakim keçmiş prezidenti rüşvət almaqda və başqa korrupsiya cinayətlərində suçlu bilib. Hökmə görə o, 7 il azadlıqdan məhrum edilir, amma ölkədə qüvvədə olan amnistiya qanunundan yararlandığı üçün Nambaryn Enkhbayar`ın cəzası 4 ilə endirilib.

Keçmiş prezident isə günahsız olduğunu, onu iyun ayında keçirilmiş parlament seçkisindən kənar qoymaq üçün bu ittihamların irəli sürüldüyünü bildirir.

Nambaryn Enkhbayar məhkəmənin bugünkü qərarından şikayət verəcəklərini bildirib.