-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına tanınmış filoloq-alim Kamil Vəli Nərimanoğlu söylədi.
SON MEYVƏ...ŞİRİN OLUR
O deyir ki, bu anormaldır:
«Hətta siyasi baxışa görə televiziyalara yaxın qoymurlar. Mənim 66 yaşım var. Ağac müəyyən yaşa çatanda meyvə verir. Mənim də son meyvə verən vaxtımdır--ən ətirli, şirəli, mətli meyvəni indi verirəm. Amma mən öz ölkəmdə ondan məhrumam...».
MƏNİM HAQQIMI ƏLİMDƏN ALIBLAR
Kamil Vəli Türkiyəni Azərbaycandan ayırmadığını vurğuladı:
«Oradakı gənclik də mənim övladlarımdır. Yazıram, pozuram, heç bir sıxıntım da yoxdur. Amma mənə çörəyi Azərbaycan verib. Burada oxumuşam, ev-eşik almışam, çox qiymətli müəllimlərim olub. Azərbaycan məni adam edib. Mən adam olub Türkiyəyə getmişəm. Bu «adam olmaq» haqqını mən millətimə qaytara bilmirəm! Bu haqqı əlimdən alıblar! Mən bunu bağışlamıram! İndi aktiv siyasətlə məşğul olmasam da, bir ziyalı olaraq bunu Azərbaycan hökumətinə, iqtidarına heç vaxt bağışlamayacağam! Çünki haqqımı əlimdən alıblar! Evimi alsalar, pulumu alsalar məni yandırmazdı...».
ÖVLADLARIMIN DA HAQQI TAPDANIR
İstanbul Aydın Universitetinin müəllimi olan, Bakıya yay tətilinə gələn Kamil müəllim təkcə özünün deyil, övladlarının da haqqının tapdandığını dedi:
«Onlar da Azərbaycanda yaşamaq, işləmək istəyirlər. Bir oğlum Londonda, biri İstanbulda işləyir. Mükəmməl təhsil alıblar. Yaxşı yaşayırlar. Azad yaşayırlar. Amma onlar azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Mənim üçün ən birincisi budur. Dindən də, təriqətdən də üstündür. Hər bir vətəndaş bərabərdir. Seçmə haqqı, seçilmə haqqı, istirahət haqqı və s. var. Bu haqlardan məhrum olanda, demək, cəmiyyət hüquqsuzdur! İnsanların haqqı tapdanır. Bu, ya siyasi baxışa görə edilir, ya seçim prinsipləri doğru deyil, ya qohumbazlıq, yerliçilik var—çox-çox səbəblər var. Bu səbəblərdən asılı olmayaraq, cəmiyyət aşağı keyfiyyətli cəmiyyət sayılır. Bu, insan hüquqlarının qorunduğu yüksək cəmiyyət deyil».
AZƏRBAYCANDA HƏR ŞEYİ DÜZƏLTMƏK MÜMKÜNDÜR
Kamil Vəli ölkədə hər şeyi yoluna qoymağın mümkünlüyünə inandığını söylədi:
«İnqilabsız, böyük kataklizmlər, fırtınalar yaşamadan! Bunu hüquq sistemindən başlamaq lazımdır. Böyük korrupsiyaların dağıdılmasından başlamaq gərəkdir. Onun piramidanın zirvəsinə daşınmasının önü alınmalıdır. Çünki balıq başdan iylənir... Bundan sonra hər şey dəyişəcək. Maddi təminat, maaş məsələsi və s.».
XƏSTƏ UŞAĞINA DƏRMAN ALA BİLMƏYƏN ATA RÜŞVƏT ALIRSA...
Kamil müəllim tələbədən rüşvət alan müəllimlərdən də danışdı:
«Heç bir müəllimin boğazından yapışıb deyə bilməzsən ki, sən niyə tələbəyə elə yanaşmısan? Onun ehtiyacı var... Xəstə uşağına dərman ala bilməyən ata rüşvət alırsa, mən ona bəraət qazandırıram. Dərmanın qiyməti 50 manatdırsa, o maaşla müəllim onu necə alsın? O ya dilənməlidir, ya da borc almalıdır. Borc vermirlər. Çünki Azərbaycanda hamı bir-birindən borc istəyir. Neyləsin bu adam? «Səfillər» romanında Jan Valjanın çörək oğurlaması onun bəraəti olduğu kimi, müəllim də dərmanın haqqını bir yerdən oğurlamalıdır...».
MÜƏLLİM HƏFTƏDƏ İKİ DƏFƏ ƏT, YA BALIQ YESİN...
Müsahibimiz buna normal baxmadığını da sözlərinə əlavə etdi:
«Mən sadəcə bunu misal kimi çəkdim. Bir alimin, bir müəllimin maaşı imkan verməlidir ki, o, xeyir-şərə də getsin, uşağına mer-meyvə də ala bilsin. Heç olmasa həftədə iki dəfə ət, ya balıq yesin, geyim-keçimi olsun—tələbə qarşısına çıxır axı... Müəllimlərin sıxıntısı onların maddi varlıqlarından çox, mənəvi varlıqlarına təsir edir. Yüksək məmurun oğlu olan tələbə müəllimi basıb döyürsə, bu, onun haqqı sayılır. Çünki o adamlar üçün müəllim heç kimdir... Azərbaycan tək ölkədir ki, oxumamaq üçün pul verirlər...».
TƏHSİLƏ BİR ANA LAZIMDIR-- OTURUB ONU AĞLASIN!
Kamil müəllim Azərbaycanda təhsilinin vəziyyətinə də diqqət çəkdi:
«Təhsilin vəziyyəti elə gündədir ki, bir ana lazımdır oturub onu ağlasın... Türkiyədə...».
«Təəssüf ki, Azərbaycanda müəllimlər arasında siyasi baxışa görə təqib var».